• USD 1,7023 0,00% EUR 1,9047 +0,69%
    • GBP 2,2128 +0,33% RUB 0,0300 +1,33%

Deputat: “Bu idarələr ləğv edilsin” - SİYAHI

  • Nida.az
  • 13 Fevral 2015 12:50
  • 641 Baxış
Deputat: “Bu idarələr ləğv edilsin” - SİYAHI

Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı son günlər ölkə başçısının idarəetmənin təkmilləşdirilməsi ilə bağlı apardığı islahatlara münasibət bildirib.

Publika.az-ın məlumatına görə, deputat aparılan bu islahatları yüksək qiymətləndirdiyini söyləyib. Deputat deyib ki, o, bu cür islahatların davamlı olacağına inanır.

Daha sonra Z.Oruc bir neçə təkliflə də çıxış edib: “Hesab edirəm ki, Meliorasiya və Su təsərrüfatı ASC-nin Kənd Təsərrüfatı Nazirliyinə, Dövlət Qulluğu Məsələləri Komissiyasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına, həmçinin Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin İqtisadiyyat və Sənaye Nazirliyinə birləşdirilməsi əhəmiyyətli olardı. Bu o demək deyil ki, həmin qurumlar birləşdirilərsə, işçilər ixtisara salınacaq, ştatlar ləğv olunacaq. Onlar öz ixtisaslarına görə işlə təmin olacaqlar”.

Spiker Oqtay Əsədov isə deputata ironik cavab verib: “Siz həm deyirsiniz ki, bu işlər prezident tərəfindən həyata keçirilir, həm də özünüz həmin işləri burada müəyyənləşdirirsiniz...”

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR