Deputat Mədət Quliyevi hədələdi
Bizi izləyin

Nida.az

Deputat Mədət Quliyevi hədələdi

Ümid partiyasının sədri, millət vəkili İqbal Ağazadə Milli Məclisin bu gün keçirilən iclasında ölkədəki insan hüquqları məsələsi ilə bağlı çıxış edib.

Publika.az-ın məlumatına görə, deputat İ.Ağazadə deyib ki, hüquq müdafiəçisi İntiqam Əliyev haqqında məhkəmənin seçdiyi həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilməlidir: “Cənab sədr, sizdən də xahişim budur ki, parlament səviyyəsində bu məsələni qaldırasınız”.

İqbal Ağazadə Mili Məclisin bundan əvvəlki plenar iclasında Penitensiar Xidmət haqqında tənqidi fikirlər söyləməsinə bir daha toxunub: “Bu çıxışımdan sonra bəzi millət vəkilləri və Penitensiar Xidmət səviyyəsində mövqeyimə aşağılayıcı şəkildə yanaşıldı. Penitensiar Xidmətin rəisi Mədət Quliyev mənim mövqeyimi aşağılayan açıqlama verdi. Buradan xəbərdarlıq edirəm ki, aşağılayıcı fikirlərə son qoyulsun. Əks halda, mən bu barədə ikinci dəfə çıxış etməli olacağam”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm