Cavid Qurbanov yeni təyinatından və gələcək planlarından DANIŞDI
Bizi izləyin

Nida.az

Cavid Qurbanov yeni təyinatından və gələcək planlarından DANIŞDI

“Azərbaycan Dəmiryolları” Qapalı Səhmadar Cəmiyyətinin (QSC) yeni sədri, Milli Məclisin deputatı Cavid Qurbanov yeni vəzifəyə təyinatından danışıb.

Publika.az-ın məlumatına görə, C.Qurbanov jurnalistlərə açıqlamasında deyib ki, dəmiryolları sahəsində mövcud olan problemlər tezliklə aradan qaldırılacaq. Onun sözlərinə görə, “Azərbaycan Dəmiryolları” QSC kommersiya strukturudur: “Ona görə də bura kənarda maliyyə yardımı yoxdur. Amma istənilən halda dövləıtin dəstəyi vacibdir. Düşünürəm ki, mövcud olan bəzi problemlər Allahın köməyi ilə düzələcək”.

Azərbaycanda sürət qatarlarının istismara verilməsi ilə bağlı məsələyə də toxunan C.Qurbanov qeyd edib ki, Azərbaycanın bir tərəfindən o biri tərəfinə olan ən uzaq məsafə təqribən 500 kilometrdir: “Əgər sürət qatarı saatda 300-360 ilə getsə, bu 1 saat vaxt edəcək. Ona görə də indi sürət qatarı ölkə ərazisi üçün o qədər də vacib deyil. Amma Bakıdan Sumqayıta, Gəncəyə və digər şəhərlərə gedib-gələn qatarların sürətinin bir qədər artırılmasına və vaqonların yataq formasından oturacaq formasına keçirilməsinə ehtiyac var. Bu qatarlarda təqribən sürət 100-120-yə qaldırılarsa, bununla 4 saata Gəncəyə getmək mümkün olar”.

C.Qurbanov son vaxtlar “Azərbaycan Dəmiryolları” QSC-nin bir sıra işçilərinin keçirdiyi aksiyalara da münasibət bildirib: “20 il öncə işdən çıxmış adamlar bu cür formada şikayət etmələri doğru deyil. Bunun üçün məhkəmə orqanlarımız var. Əgər şikayətləri varsa, gedib məhkəmələrə müraciət etsinlər. Digər tərəfdən isə onlar bizim vətəndaşlarımızdır. Biz onları çölə atası deyilik. Amma onların dərdi başqadır. Ümumiyyətlə, “Azərbaycan Dəmiryolları” QSC-də belə bir qayda var. Çalışılır ki, qatar bələdçiləri daha çox xanımlarla əvəz olunsun. Kişilərə nisbətən xanımlara üstünlük verilir. Bu da təbiidir. Dünyanın əksər müasir ölkələrində bu işləri əsasən xanımlara həvaləolunur. Çünki xanımlar daha səliqəli və cavabdehdir. Ona görə də həmin bələdçilər xanımlarla əvəz olunub. İndi həmin aksiyanı keçirən bir dəstə var, onlar istəyir ki, bələdçilər xanım olmasın. Amma mən onları KİV nümayəndələrinin iştirakı ilə bərabər də dinləməyə hazıram və bunu edəcəm. Jurnalistlər də öz gözləri ilə vəziyyətin necə olduğunu görə biləcək”.

Keçmişdə rəhbəri olduğu "Azəryolservis" ASC-də yarımçıq qalan işlərlə bağlı da danışan C.Qurbanov bildirib ki, hər kəsin səhvi ola bilər: “Bunu etiraf edirəm, bizim də səhvlərimiz var. Amma dövlətin və cənab Prezidentin dəstəyi ilə Astara sərhəddinə qədər olan məsafədə bütün yollar inşa edilir, tenderlər keçirilib. Sadəcə bunun başa çatması üçün zaman lazımdır. Bundan əlavə, həmin ərazilərdə icra ilə bağlı bir sıra çətinliklərimiz var. Çünki bəzi qanunlarda dəyişikliklər olub, ekologiya ilə bağlı bəzi problemlər yaranıb, həmin ərazilərdən 2 minə yaxın ev köçürülüb və sairə. Digər tərəfdən isə cənaub zonasında yol salınması üçün lazım olan çınqıl, qum və sairə ehtiyyatlar yoxdur. Həmin ehtiyyatlar kənardan gətirilir. Ona görə də bir qədər çətinliklər var. Amma İmişli tərəfdə asan idi. Çünki yaxın ərazidə çay yataqları var, möhkəm suxurlar var. Qusar, Şahdağ, Xaçmaz və digər ucqar yerlərə qədər yollar çəkilib. İnsanlar gərək 10 il əvvəl yollarımızdakı vəziyyəti unutmasın. Yadınıza gəlirsə, 10 il əvvələ Bakıdan Kürdəmirə 6 saata getmək olurdu. Amma indi 2 saata getmək olur. Mən demirəm ki, biz idealıq. Heç bir dövlətdə də keyfiyyət 100 fazi deyil. Biz də yeni respublika olaraq bu işlərə birinci dəfə idi ki başlayırdıq, ona görə də təcrübəsiz idik, müəyyən səhvlərimiz oldu. Amma bütün bunlar tədricən təkmilləşir. Misal üçün, Salyan yolu artıq 8 ildir ki, salınıb, indi də normaldır. Bizim üçün ən böyük problemi yaradanlar ağır tonnajlı maşınlardır. Hazırda Azərbaycanda 35 minə yaxın ağır çəkili maşınlar var. Bunu heç kəsə başa salmaq olmur ki, yolları yarasız hala salan bu maşınlardır. Bütün bunlar isə sossial məsələlərlə bağlıdır. Biz onlara qarşı hər hansı təzyiq edəndə, məsələ şişir. Ümumiyyətlə, bizim ölkədə salınan yollar üçün ən ağır çəkili maşın 12 ton yükü olmalıdır. Amma bizim yollarda 30 ton yük daşıyan maşınlar var. Gedib “Shacman” yük maşınlarının daşıdığı yüklərə baxın, yolları dağıdır. Ümumiyyətlə, yollarımızı hər kəs qorumalıdır. Təkcə biz ümbarizə aparmalı deyilik”.

Vasif Həsənli

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm