Türkiyə, Azərbaycan və Gürcüstan: TAG - Elnur Aslanovdan maraqlı bənzətmə
Bizi izləyin

Nida.az

Türkiyə, Azərbaycan və Gürcüstan: TAG - Elnur Aslanovdan maraqlı bənzətmə

Türkiyə, Azərbaycan və Gürcüstanın adlarının baş hərflərinibirləşdirsək “Feysbuk”-dan yaxşı tanış olan “TAG” sözü əmələ gələcək: “Bu üçlük nəinki öz xalqlarının, digər xalqların da rifahına töhfəverməklə dünya ictimaiyyətinin diqqətini, özünə “tag”, yəni


Prezident Administrasiyasının Siyasi təhlil və informasiya şöbəsinin müdiri Elnur Aslanov “Tvitter” səhifəsində Türkiyə, Azərbaycan və Gürcüstanla bağlı maraqlı fikir irəli sürüb. Publika.Az –-ın məlumatına görə, E. Aslanov bildirib ki, Türkiyə, Azərbaycan və Gürcüstanın adlarının baş hərflərinibirləşdirsək “Feysbuk”-dan yaxşı tanış olan “TAG” sözü əmələ gələcək: “Bu üçlük nəinki öz xalqlarının, digər xalqların da rifahına töhfəverməklə dünya ictimaiyyətinin diqqətini, özünə “tag”, yəni cəm edə bilib”.

PA rəsmisi qeyd edib ki, Azərbaycanın regional baxışının özəlliklərinə etibarlı tərəfdaş olmaq, ümumi məqsədlərdə sadiqlik xasdır. O, Azərbaycanın ən böyük investisiyalarını iki ölkəyə yatırdığını deyib: “Biz düşünülmüş şəkildə xaricdə ən böyük investisiyalarımızı strateji müttəfiqlərimiz olan Türkiyə və Gürcüstan iqtisadiyyatına yatırırıq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm