Suriyada öldürülən azərbaycanlının yas mərasimi keçirilir – ÖZƏL
Bizi izləyin

Nida.az

Suriyada öldürülən azərbaycanlının yas mərasimi keçirilir – ÖZƏL

Suriyada öldürülən Xaçmaz rayon sakini İsmayıl İsmayılovun bu gün yas mərasimi keçirilir.

Publika.az yerli mənbələrdən əldə etdiyi məlumata görə, İsmayılovun ailəsi yas mərasimini öz yaxınlarının iştirakı ilə təşkil edib.


“Ailəsi istəsə də, İsmayılın meyitini gətirmək mümkün deyil. Oradan indiyə qədər heç bir cəsəd gəlməyib. Amma ailə oğullarına yas mərasimi keçirir”, - deyə yerli sakinlərdən biri deyib.


Qeyd edək ki, üç gün öncə İ. İsmayılovun ölüm xəbəri gəlib. Onun qardaşı Rafiq İsmayılov APA-ya bildirib ki, ölüm xəbəri sosial şəbəkədə qardaşına məxsus profilindən verilib. R. İsmayılov daha sonra həmin profilə məktub yazsa da, cavab verilməyib. Daha sonra profil ləğv olunub.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm