• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Abdulatipov revanşa hazırlaşır: Dərbənd qarşıdurması kritikləşir – ÖZƏL

  • Nida.az
  • 13 Fevral 2015 16:00
  • 684 Baxış
Abdulatipov revanşa hazırlaşır: Dərbənd qarşıdurması kritikləşir – ÖZƏL

Dərbənd şəhərinin meri İmam Yarəliyevlə Dağıstan rəhbəri Ramazan Abdulatipov arasında qarşıdurma gərginləşib.


İ. Yarəliyevin iki gün öncə Dərbənddə fövqəladə toplantı keçirdərək Abdulatipovu ittiham etməsindən sonra ikinci tərəf cavab atəşinə hazırlaşır.


Publika.az-a Dərbənddəki mənbələrdən daxil olan məlumata görə, Ramazan Abdulatipov fevralın 27-də iclas çağırılıb. Dərbənddə keçiriləcək iclasda Cənubi Dağıstanın bütün yerli icra nümayəndələri, bələdiyyə sədrlərindən ibarət 2300 nəfər adam iştirak edəcək. İclasda Dağıstanın cənubundakı ictimai-siyasi və sosial-iqtisadi vəziyyət, həmçinin, Dərbəndin iki min illik yubileyinə hazırlıq məsələləri müzakirə olunacaq.


“İki gün öncə keçirilən toplantıda Yarəliyev Abdulatipovu sərt ittiham etmişdi. Dağıstan rəhbərinin çağırdığı iclas da məhz Yarəliyevə cavab olacaq”, - deyə mənbə bildirib.


Məlumata görə, Abdulatipov Dağıstanın ləzgi icmasını parçalamaq istiqamətində də hərəkət keçib. Məqsəd Yarəliyevin gücünü zəiflətməkdir.


Abdulatipova yaxın adam hesab olunan “Patriot Rusiya” partiyasının Dağıstan bölməsinin rəhbəri, Dağıstan parlamentinin üzvü, Cənubi Dağıstan üzrə yerli icra nümayəndələri və bələdiyyələrin təşkilat komitəsinin sədri Eduard Xıdırov bu gün axşam saatlarında mətbuat konfransı keçirəcək.


“Mahaçqalada keçiriləcək mətbuat konfransı Cənubi Dağıstandakı vəziyyətə həsr olunacaq. Yəni Yarəliyevə cavab hazırlanır. Hazırda qarşıdurma pik həddindədir. Ehtimal ki, qarşıdurmadan bir nəfər “sağ” çıxacaq. Digəri “vurulacaq”, - deyə məlumatda qeyd olunur.


Qeyd edək ki, fevralın 11-də İ. Yarəliyev Cənubi Dağıstan üzrə xalqların Ağsaqqallar Şurasının iştirakı ilə fövqəladə toplantı keçirib (http://publika.az/p/64167).

Məlumata görə, toplantıda Abdulatipovun ünvanına olduqca sərt ifadələr işlədilib, Yarəliyevin postundan uzaqlaşdırımasının hər vəchlə qarşının alınacağı diqqətə çatdırılıb.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR