Deputat: “Azərbaycan qazının Avropaya çıxmasına əngəl yaradılır”
Bizi izləyin

Nida.az

Deputat: “Azərbaycan qazının Avropaya çıxmasına əngəl yaradılır”

Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, iqtisadçı deputat Vahid Əhmədov Bakıda "Cənub qaz dəhlizi" Məşvərət Şurasının ilk iclası ilə bağlı açıqlama verib.

Publika.az-ın məlumatına görə, deputat Vahid Əhmədov Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı bəzi qüvvələrin "Cənub qaz dəhlizi” layihəsinin reallaşmasına problem yaratmaq istədiklərini deyib: “Son zamanlar bu layihəyə problem yaratmaq istəyini müşahidə etmək olar. Rusiya öz qazını Avropa bazarına çıxarmaq istəyir. Türkiyənin enerji naziri də ayda iki dəfə Rusiyada səfərdə olur. Bəzən qazın qiymətinə yenidən baxılacağı haqqında da Rusiya tərəfindən açıqlamalar olur. Hesab edirəm ki, burada məqsəd Azərbaycanın öz qazını Avropaya mümkün qədər gec çıxarmasıdır. Deputatlar xaricdə səfərdə olanda bu haqda da danışmalı və bildirməlidirlər ki, bu, Avropa üçün də əhəmiyyətlidir. Neft hasilatının aşağı düşməsi fonunda qaz layihəsi bizim üçün çox vacibdir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm