Avropadan azərbaycanlı girovlarla bağlı ədalət çağırışı
Bizi izləyin

Nida.az

Avropadan azərbaycanlı girovlarla bağlı ədalət çağırışı

Avropa Parlamentinin 24 ölkədən olan üzvləri işğal olunmuş Dağlıq Qarabağda azadlıqdan məhrum edilmiş azərbaycanlı girovlar üzərində ədalətli məhkəmənin keçirilməsi ilə bağlı müraciətə imza atıblar.

Bu barədə Trend "PR Newswire" saytına istinadən məlumat verir.

Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən ədalətli məhkəmənin keçirilməsinə çağıran müraciət Avropa Parlamentinin 46 üzvü, o cümlədən İrlandiya, İspaniya, İtaliya, Finlandiya, Ukrayna və Xorvatiyadan olan parlamentarilər tərəfindən imzalanıb.

Saytda gedən materialda qeyd olunur ki, iki azərbaycanlı - Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev beynəlxalq müqavilələrinin iştirakçısı olmayan, qanunun aliliyi və insan hüquqlarının müdafiəsinə zəmanət verməyən qondarma "Dağlıq Qarabağ respublikası"nda keçirilən "məhkəmə"də azadlıqdan məhrum ediliblər.

Petisiya fevralın 5-də AŞ PA-da Azərbaycanın nümayəndəsi Elxan Süleymanov tərəfindən təqdim olunub.

Qeyd edək ki, ermənilərin qurduğu qondarma "məhkəmə"də Kəlbəcərdə girov götürdükləri D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm