Azərbaycan Kopenhagendəki atışmanı qınayır
Bizi izləyin

Nida.az

Azərbaycan Kopenhagendəki atışmanı qınayır

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kopenhagendəki atışmanı qınayıb.

Publika.az-ın məlumatına görə, Azərbaycan XİN-nin bu barədə yaydığı bəyanatda deyilir ki, Azərbaycan Kopenhagendəki atışmanı qınayır, ölən və xəsarət alanların yaxınlarına və ailələrinə başsağlığı verir.

Kopenhagendə naməlum kişi Norreport metro və şəhərətrafı qatarlar stansiyası yaxınlığında polis əmkdaşlarına atəş açıb.

Asayiş keşikçiləri cavab olaraq tabel silahdan istifadə etmək məcburiyyətində qalıblar. Nəticədə atəş açmış şəxs ölürülüb.

Norreport stansiyası şəhərdə şənbə günü və fevralın 15-də silahlı hücumların birinin törədildiyi yerin yaxınlığında yerləşir.

İki nəfər ölüb, daha beş nəfər isə yaralanıb. Hər iki halda da cinayətkarlar qaçıb gizlənə biliblər.

Şənbə günü naməlum kişi avtomat silahdan “Krudtenden” kafesini deşik-deşik edib. Kafedə “İncəsənət, küfr və söz azadlığı” mövzusunda ictimai diskussiya keçirilib.

Polisin məlumatına görə, hücumla əlaqədar 25-30 yaşlı ərəb xarici görünüşü olan kişi axtarılır.

Gecə yarısından sonra birinci hucumun törədildiyi yerdən 3 kilometr məsafədə yerləşən Kristalqad küçəsindəki sinaqoqun yaxınlığında atəş açılıb.

Kopenhagendəki hadisə ilə əlaqədar təhlükəsizlik tədbirləi gücləndirlib. Nəqliyyat qovşaqlarında nəzarət gücləndirilib, paytaxtın bütün çıxışları bağlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm