“Sadval” Xalq Cəbhəsi Hərəkatı yaradır – ÖZƏL
Bizi izləyin

Nida.az

“Sadval” Xalq Cəbhəsi Hərəkatı yaradır – ÖZƏL

“Sadval” təşkilatı Cənubi Dağıstanda Xalq Cəbhəsi Hərəkatı yaradır.


Publika.az-a Dağıstandakı mənbələrdən daxil olan məlumata görə, son günlər bu istiqamətdə addımlar atılmaqdadır. Xalq Cəbhəsi Hərəkatına təkcə ləzgilər yox, Cənubi Dağıstandan olan bütün millətlərin daxil edilməsi qarşıya məqsəd qoyulub.


Məlumata görə, təşkilatın aktivləşməsinə Dərbənd Şəhər Məclisinin sədri İmam Yarəliyev dəstək verir.


“İmam Yarəliyev bu təşkilatdan ona qarşı olan qruplaşmalara qarşı da istifadə etmək niyyətindədir”, - deyə mənbə bildirib.

Qeyd edək ki, “Sadval” 1991-ci ildə Dərbənddə yaradılıb. Təşkilatın məqsədi Rusiya və Azərbaycan torpaqları hesabına Ləzgistan dövləti yaratmaq olub. Lakin ictimai dəstək ala bilmədiyi üçün sonradan ləğv olunub.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm