• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İran Səudiyyə Ərəbistanına meydan oxuyur

  • Nida.az
  • 16 Fevral 2015 12:25
  • 593 Baxış
İran Səudiyyə Ərəbistanına meydan oxuyur

Yəməndə mərkəzi hökumətlə Səada vilayətindəki şiələr arasında olan çoxillik siyasi çəkişmə sonuncuların qələbəsi ilə bitib.

Publika.az-ın məlumatına görə, yanvarın 22-də prezident Əbd Rəbbuh Mənsur Hadi və onun kabineti istefa verib. Bundan sonra hüsuti şiə dəstələri paytaxta nəzarəti ələ alıblar. Şiələrin siyasi təşkilatı olan “Ənsar Alla” bəyan edib ki, dinc yolla hakimiyyətə gələcəklər. Hazırda bu təşkilat ölkə üzrə nəzarəti, demək olar ki, tam ələ keçirib.

Buradan belə bir nəticəyə gəlmək olar ki, Yəmən İranın nəzarətinə keçib. Çünki təriqət nöqteyi-nəzərindən baxılsa, xırda fərqlər istisna olmaqla hüsuti şiələrlə İran şiələri arasında ciddi fərq yoxdur. Yəmən şiələrinin də siyasi proqramlarında “Amerikaya ölüm”, “İsrailə ölüm” kimi şüarlar yer alır.

Hüsutilik şiə cərəyanının qollarından biridir. Cərəyanın adı Bədr-Əddin Hüsi ilə bağlıdır. O, 2004-cü ildə Səada vilayətinə muxtariyyət verilməsi üçün üsyan qaldırmışdı. Səada vilayəti Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşir. Vilayətin əhalisi 25 milyonluq Yəmənin 1/3-ni təşkil edir.

Analitiklər hesab edir ki, hüsutilərin hakimiyyətə gəlişi ilə İran regionda öz mövqelərini möhkəmlədə bilib. İran, “Hizbullah”, İraqdakı bəzi şiə qruplaşmaları və Yəməndəki “Ənsar Alla” Yaxın Şərqdə Qərb və İsrailə qarşı bir cəbhədə olacaqlar.

Məhz bu səbəbdən İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi “Qüds” qruplaşmasının mənəvi lideri Höccətülislam Əl-Şirazi “Ənsar Alla”nı Yəmən “Hizbullah”ı adlandırıb. İranın keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti isə qeyd edib ki, hazırda İranın nüfuzu Yəməndən Livana, Aralıq dənizini sahillərinə kimi genişlənib.

Yəmənin istefaya getmiş keçmiş hökuməti də dəfələrlə bəyan edib ki, İran “Ənsar Alla”ya hərbi yardım göstərir. İranın “Cahan-1” gəmisi üsyançılara dəfələrlə silah-sursat gətirib.

Hər bir halda Yəməndəki çevrilişlə İran regiondakı başlıca rəqibinə - Səudiyyə Ərəbistanına əzələ nümayiş etdirdi.

Hüsutilərin hakimiyyətə gəlməsi səudilər üçün təhlükə yaradır. Nəzərə almaq lazımdır ki, Səudiyyə Ərəbistanında da şiələr var və onlar qonşu ölkədə baş verənlərdən ruhlana bilərlər. Odur ki, psixoloji cəhətdən İranın səudilər üzərində təzyiqi var.

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR