ABŞ Dövlət katibinin müavini Bakıya gəldi - FOTO
Bizi izləyin

Nida.az

ABŞ Dövlət katibinin müavini Bakıya gəldi - FOTO

ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland Azərbaycana rəsmi səfərə gəlib.

Report xəbər verir ki, V.Nulandı Heydər Əliyev adına Hava Limanında ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Robert Setuka qarşılayıb. Diplomat Bakıda ticarət və investisiya, enerji mənbələrinin diversifikasiyası, təhlükəsizlik və terrorizmlə mübarizə, demokratiya və mülki cəmiyyət sahələrində ikitərəfli münasibətlərin gücləndirilməsi ilə bağlı fəaliyyət üçün, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həllinin ədalətli və davamlı irəliləməsi üçün yüksək vəzifəli hökumət məmurları ilə görüşəcək. Səfər çərçivəsində həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər də nəzərdə tutulub. V.Nuland fevralın 17-də Tbilisiyə, fevralın 18-də isə İrəvana səfər edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm