"Facebook" Azərbaycanın şikayətini qəbul etdi
Bizi izləyin

Nida.az

"Facebook" Azərbaycanın şikayətini qəbul etdi

Qondarma Dağlıq Qarabağ Respublikasının bir müddət əvvəl rəsmən təsdiq olunan "Facebook" səhifəsi ilə bağlı şirkət tərəfindən yeni addım atılıb.

ANS-in məlumatına görə, 25 mindən çox istifadəçisi olan olan səhifədə qondarma rejimin binası və bayrağı əks olunub. Ötən həftə gündəmə gələn bu məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ölçü götürüləcəyi və rejimin səhifəsinin təsdiqlənməsinin doğru bir addım olmaması barədə şirkətə müraciət və şikayətlərin ediləcəyi bildirilmişdi.

Azərbaycanlı sosial şəbəkə istifadəçilərinin də şikayət etməsi ilə Facebook idarəçiləri məsələni araşdırdıqdan sonra səhifənin təsdiq edilməsini geri götürüblər.

Qeyd edək ki, Facebookda hər hansı bir səhifə ilə bağlı kütləvi şikayətlər edildikdə, baş ofis səhifənin aid olduğu həmin şəxs və ya hökuməti araşdırır, daha sonra yekun qərarını verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm