"Ermənistan danışıqlara yenə əngəl olmağa çalışır"
Bizi izləyin

Nida.az

"Ermənistan danışıqlara yenə əngəl olmağa çalışır"

Ermənistan növbəti dəfə əsaslı danışıqların başlanmasına əngəl yaratmağa çalışır.

Bunu Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə səsləndirdiyi fikirləri mətbuata şərh edərkən deyib.

O, qeyd edib ki, Ermənistan xarici işlər naziri özünün təəssüf doğuran ziddiyyətli şərhləri ilə kimin real olaraq regionda sülh və təhlükəsizliyin bərqərar olmasına əngəl yaratdığını bir daha göstərdi.

H.Hacıyev bildirib ki, davam edən sürəkli gərginliyə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür: "Qeyd olunan “Dağlıq Qarabağ” heç vaxt əsas prinsiplərin hazırlanması üzrə danışıqların hər hansı bir mərhələsində iştirak etməyib. Göründüyü kimi, Ermənistan tərəfi növbəti dəfə bütün mümkün metodlarla əsaslı danışıqların başlanmasına əngəl yaratmağa çalışır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm