• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Qarabağ danışıqlarında yenilik - ABŞ bu variantı təklif edir

  • Nida.az
  • 18 Fevral 2015 12:09
  • 1 433 Baxış
Qarabağ danışıqlarında yenilik - ABŞ bu variantı təklif edir

“Həmsədrlərin regiona səfəri təmas xəttində baş verən gərginliyin azalmasına töhfə verə bilər. Biz baş verənlərdən narahatıq”.


Publika.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistan mediasına açıqlamasında deyib.


Amerikalı həmsədr münaqişənin həlli üçün müsbət atmosferin yarandığını deyib. Onun sözlərinə görə, prezidentlərin bir-biri ilə danışıq aparması bunu deməyə əsas verir: “Münaqişənin konkret həlli haqda danışa bilməsək də, hələlik yaxşı xəbər kimi bunu deyə bilərik. Tərəflər sülh danışıqlarını davam etdirməkdə və təmas xəttindəki gərginliyin azalmasında maraqlıdır”.


C. Uorlik qeyd edib ki, prezidentlər arasında dialoq mühitinin ən yaxşı variantı Paris görüşündə yaranıb: “Bunun davam etməsi haqda razılıq var idi. Lakin sonradan təmas xəttində baş verənlər mənfi tendensiyalar yaratdı. Bizim məqsədimiz dialoq mühitinin yenidən yaranması və daha da möhkəmlənməsidir”.


Amerikalı həmsədr münaqişənin həllinin təkcə prezidentlərdən asılı olmadığını dilə gətirib.


“Bir çox münaqişələrin təcrübəsi deməyə əsas verir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə İlham Əliyev və Serj Sarkisyandan asılı deyil. Hesab edirik ki, münaqişəyə baxışı bir qədər dəyişək. Yəni status, koridor kimi çətin sualları hələlik bir kənara qoyaq. Əlaqələrin bərpası, kommunikasiya vasitələrinin formalaşması kimi daha asan proseslərdən başlayaq və nəticədə bu gün çətin hesab olunan məsələlərdə ortaq mövqe tapılacaq. Bu məsələni hər iki prezidentin dəstəkləməsinə nail olmağa çalışacağıq. Çünki kommunikasiyalar münaqişələrin həllində daha etibarlı variant kimi özünü göstərir”, - deyə Uorlik qeyd edib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR