Bayram Səfərov: “Hərəsinin bir silahlı dəstəsi var idi”
Bizi izləyin

Nida.az

Bayram Səfərov: “Hərəsinin bir silahlı dəstəsi var idi”

“Azərbaycan dövləti rəhbərsiz qaldığı üçün ermənilər Xocalıda dəhşətli soyqırımı törədiblər”.

Bunu Publika.az-a açıqlamasında Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov bildirib.

Onun sözlərinə görə, 1992-ci ildə Xocalının ermənilər tərəfindən işğalı qaçılmaz idi. B.Səfərov deyib ki, o zamankı Azərbaycan rəhbərliyinin bacarıqsızlığı, məsuliyyətsizliyi və iradəsizliyi üzündən Xocalıda dəhşətli qanlı hadisə törədildi və ərazi Ermənistan hərbçiləri tərəfindən işğal olundu: “Bütün bu hadisələr Azərbaycan rəhbərliyinin bacarıqsızlığı üzündən baş verdi. O cür hakimiyyətlə faciədən qaçmaq mümkün deyildi. Çünki normal ordumuz yox idi. O zamankı Azərbaycan rəhbərliyi də normal ordunun formalaşdırılmasına diqqət ayırmırdı. Tez-tez hakimiyyət dəyişikliyi olurdu, biri gedib, biri gəlirdi. Bütün bunlar isə ölkəni başsız qoymuşdu. Onların heç birinin dövlət təcrübəsi və idarəçilik səriştəsi yox idi. Yalnız ulu öndər Heydər Əliyev bu xalqı həmin bacarıqsız adamların və işğalçı ermənilərin əlindən xilas etdi. Digər tərəfdən, Xocalı 4 tərəfdən ermənilərlə əhatə olunmuşdu. Digər şəhərlərlə Xocalı arasında əlaqə tamamilə kəsilmişdi. Azərbaycan ordusunun döyüşməsi üçün hərbi sursatı və silahı, texnikası, vahid komandanın səfərbərliyi olmalı idi. Ancaq o vaxtkı hakimiyyət nümayəndələrinin hərəsi bir söz deyirdi, bir addım atırdı. Hakimiyyətdə olanların hərəsinin bir silahlı dəstəsi var idi və onların hamısı bir cəbhədə ermənilərə qarşı mübarizə apara bilmirdi. Nəticədə, ermənilər Xocalını 366-cı motoatıcı alayın köməyi ilə işğal etdilər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm