Milli Məclis “Elm haqqında” qanunu müzakirə edəcək
Bizi izləyin

Nida.az

Milli Məclis “Elm haqqında” qanunu müzakirə edəcək

Milli Məclis “Elm haqqında” qanun layihəsinin müzakirəsinə hazırlaşır.

Publika.az-ın məlumatına görə, Elm və təhsil komitəsinin üzvü Əhməd Vəliyev qanun layihəsinin parlamentin fevralın 24-də keçiriləcək iclasında müzakirə ediləcəyini bildirib.

Deputat deyib ki, birinci oxunuşda istənilən millət vəkili sözügedən qanun layihəsinə münasibət bildirə biləcək: “Əgər həmin fikirlər doğrudan da zəruridirsə və qanunun yüksək səviyyədə inkişafına istiqamətlənibsə, o zaman həmin təkliflər nəzərə alınacaq. Ona görə də birinci oxunuşda əsasən müzakirələr olacaq”.

Ə.Vəliyev qeyd edib ki, indiyədək Azərbaycanda elmlə bağlı ayrıca qanun olmayıb: “Azərbaycan parlamentində ilk dəfə “Elm haqqında” qanun layihəsi bu cür müzakirəyə çıxarılır. Ümid edirəm ki, müzakirədən sonra sözügedən qanun qəbul olunacaq. Sənəddə elmi fəaliyyətin bütün istiqamətləri nəzərə alınıb. Qanunla bağlı müəyyən müsbət təkliflər və fikirlər olarsa, yəqin ki, bu da layihəyə əlavə olunacaq. Bütün bunlar isə gələcəkdə Azərbaycanda elmi fəaliyyətin inkişafına və güclənməsinə müsbət təsirini göstərəcək”.

Xatırladaq ki, Milli Məclisin növbəti plenar iclası fevralın 24-də keçiriləcək. Gündəliyə 20 məsələnin daxil edilməsi təklif olunub.

Bir çox qanunlara dəyişiklik nəzərdə tutulur. Belə ki, “Mülki məcəllə haqqında”, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında”, “İnzibati xətalar Məcəlləsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Ünvanlı dövlət sosial yardım haqqında”, “Tibbi sığorta haqqında”, “Televiziya və radio yayımı haqqında” qanunlarda dəyişiklik ediləcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm