Nida.az
Rasim Musabəyov: “Ermənistan ümidlərini itirib”
“20 ildən çox vaxt ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir irəliləyişə nail olunmayıb. Ermənistanın bu günə qədər atdığı bütün addımlar danışıqların pozulmasına hesablanıb”.
Publika.az xəbər verir ki, bu barədə Milli
Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
R. Musabəyov qeyd edib ki, Ermənistan ümidlərini itirib.
“Onların qondarma “erməni soyqırımı” ilə diqqəti üzərilərinə
çəkəcəklərinə dair ümidləri vardı. Amma heç kəs onların ümidini
doğrultmadı. Azərbaycan Prezidenti cənab İlham Əliyev Münhen
konfransında erməni nümayəndə heyətinin cavabını layiqli şəkildə
verdi. Cənab Prezident söylədi ki, erməni əsgərin Ağdamda, Füzulidə
nə işi vardı, orada nə axtarırdı? Əgər o, ölmək istəmirsə, Ağdama
getməsin. Azərbaycan dövlətinin mövqeyi bundan ibarətdir ki,
ərazilərimizdə ikinci Ermənistan dövlətinin yaranmasına imkan
verilməyəcək. Erməni qoşunları Azərbaycan torpaqlarından
çəkilməzsə, biz öz gücümüzlə torpaqlarımızı geri qaytarmaq
iqtidarındayıq”, - deyə o bildirib.
Asif
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Hadisə18:30
Bakıda bazar yanır - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü