• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Politoloq: “Obama nə qədər ki prezidentdir, Vaşinqton Bakıya...”

  • Nida.az
  • 18 Fevral 2015 20:35
  • 568 Baxış
Politoloq: “Obama nə qədər ki prezidentdir, Vaşinqton Bakıya...”

“ABŞ-da Bakı ilə bağlı ümumi yayılmış president var. Mütəmadi olaraq yüksək vəzifəli məmurlar “münasibətlərin yaxşılaşması” üçün Azərbaycana səfərlər edir”.


Publika.az xəbər verir ki, bu barədə politoloq Rövşən İbrahimov ABŞ Dövlət katibinin müavini Viktoriya Nulandın Bakıya səfərini şərh edərkən deyib.


Onun sözlərinə görə, bir neçə il öncə keçmiş Dövlət katibi Hillari Klinton da Bakıya bu missiya ilə gəlib.


“Belə səfərlərdən sonra iki ölkə arasında münasibətlər nəzərə çarpacaq qədər yaxşılaşır. Ümumiyyətlə isə bu səfərə Ukraynadakı vəziyyət aspektindən yanaşmaq lazımdır. Hesab edirəm ki, Nulandın səfəri Ukrayna problemi fonunda Azərbaycanla münasibətlərə yenidən baxılması məqsədi daşıyırdı. Yeni səfir Robert Sekutanın Bakıya gəlişi də ikitərəfli münasibətlərdə irəliləyişə xidmət edir”, - deyə politoloq bildirib.


R. İbrahimov qeyd edib ki, Bakı və Vaşinqton arasında fikir ayrılıqlarının olması normaldır: “Hesab edirəm ki, Obama nə qədər prezidentdir, Bakı və Vaşinqton arasında fikir ayrılıqları olacaq. Bundan əvvəlki prezident ümumiyyətlə Azərbaycana, bütövlükdə Cənubi Qafqaza diqqət ayırmırdı. Bu gün ABŞ-Azərbaycan münasibətlərində yaranan problem isə daha çox müəyyən qrupların fəaliyyətindən irəli gəlir. Yəni Bakı ilə pis münasibətlər ABŞ-n regiona dair siyasətinə ziddir. Lakin müəyyən qruplar öz maraqları üçün daim gərginlik yaratmağa cəhd edir, Azərbaycanla bağlı qərarlara son anda təsir göstərirlər”.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR