Ermənilər də Sarkisyanı hərbi cinayətkar kimi tanıdı
Bizi izləyin

Nida.az

Ermənilər də Sarkisyanı hərbi cinayətkar kimi tanıdı

“Serj Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyası vaxtından əvvəl başa çatıb. Bu işdə əməyi olan hər bir kəsə təşəkkür edirəm. Xüsusilə, səsvermə zamanı xüsusi fəallığı ilə seçilən Yeni Azərbaycan Partiyasının çoxminli üzvlərinə, rabitə və təhsil işçilərinə bu səslərin qısa müddətdə toplanmasında göstərdikləri fədakarlığa görə minnətdarıq”.


Publika.az xəbər verir ki, bu barədə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev “facebook” səhifəsində yazıb.


Onun sözlərinə görə, şuranın başladığı bu kampaniyaya reaksiya tək Azərbaycandan deyil, xarici ölkələrdən də gəlib.


“Avropanın əksər ölkələrindən, ABŞ-dan, hətta uzaq Avstraliyadan da səsimizə səs verən əcnəbilər var. Bu əcnəbilər arasında tanınmış şəxslər, siyasətçilər, jurnalistlər, ictimai-siyasi xadimlər, mədəniyyət işçiləri, hətta keçmiş səfirlər və diplomatlar da var idi. Təbii ki, burada diqqətimizi cəlb edən Sarkisyan rejimindən bezmiş, sıravi Ermənistan vətəndaşlarının petisiya qoşulmaları oldu. Bu onu sübut edir ki, əli Xocalı sakinlərinin, xüsusilə körpə uşaqların, qadınların və ahıl insanların qanına batan Sarkisyanın ədalət məhkəməsi qarşısında dayanmasını tək biz deyil, hətta sıravi ermənilər də tələb edirlər”, - deyə millət vəkili qeyd edib.


A. Quliyev Azərbaycan xalqının başına gətirilmiş XX əsrin ən böyük dəhşətlərindən olan Xocalı soyqırımında birbaşa, habelə dolayısı ilə iştirak etmiş hər bir cinayətkarın gec-tez haqlı cəzasını alacağına və ədalət mühakiməsi qarşısında cavab verəcəklərinə əmin olduğunu bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm