Nida.az
“İslahatçı Gənclər” İstanbulda “Xocalıya Ədalət” həftəsi keçirəcək
“İslahatçı Gənclər” İctimai Birliyi(İGİB) 20-27 fevral
tarixlərində Türkiyənin İstanbul şəhərində İstanbul Türk Ocağı
Gənclik Qolları ilə birgə Xocalı soyqrımının 23-cü ildönümü
münasibətilə artıq üçüncü dəfə “Xocalıya Ədalət” həftəsi
keçirəcək.
Bu barədə məlumat verən birliyin sədri Fərid Şahbazlı deyib ki,
həftəlik çərçivəsində Türkiyənin bir sıra universitetlərində bu
ölkənin tanınmış elm adamlarının, ictimai-siyasi xadimlərinin
iştirakı ilə konfranslar, mərkəzi yerlərində təbliğat aksiyaları
baş tutacaq: “Bununla yanaşı Türkiyənin nüfuzlu TV və mətbu
orqanlarında Xocalı ilə bağlı çıxışlar ediləcək. Baş tutacaq
konfranslarda “İslahatçı Gənclər” İctimai Birliyinin dəvəti ilə
Xocalı faciəsinin dəhşətlərini yaşayan insanlar da qatılacaq”.
F.Şahbazlı qeyd edib ki, “Xocalıya Ədalət” kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bütün dünyada həyata keçirilir və “İslahatçı Gənclər” İctimai Birliyi olaraq üçüncü ildir ki, bu kampaniyaya qoşulublar.
İstanbul Türk Ocağı Gənclik Qolları başqanı Mustafa Oğuz Yavaşça qeyd edib ki, onlar Xocalıda qardaş Azərbaycan xalqının başına gətirilən faciəni kəskin şəkildə pisləyir və bu cinayətin türk gəncliyinə daha dəqiq və geniş formada çatdırılması üçün əllərindən gələni edirlər: “Qardaş Azərbaycanın dərdi bizim də dərdimizdir. Artıq üçüncü ildir ki, Xocalı həqiqətlərinin Türkiyə ictimaiyyətinə, dolayısı da dünya birliyinə çatdırılması üçün İstanbulda Azərbaycandakı tərəfdaşımız olan “İslahatçı Gənclər” İctimai Birliyi ilə birgə “Xocalıya Ədalət” həftəsi gerçəkləşdiririk. Xocalı soyqrımının dəhşətlərinin Türkiyədə daha da çox təbliğinə ehtiyac var”.
İstanbulda keçiriləcək “Xocalıya Ədalət” həftəsinə Azərbaycandan millət vəkilləri, QHT sədrləri, sənətçilər, Xocalı faciəsinin dəhşətlərini yaşayan insanlar da qatılacaq.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO