45 yaşını qeyd edən Siyavuş Novruzov: “Oğlum deputat olmaq istəyir“
Bizi izləyin

Nida.az

45 yaşını qeyd edən Siyavuş Novruzov: “Oğlum deputat olmaq istəyir“

Bu gün Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzovun ad günüdür. Deputat 45 yaşının tamam edib. Modern.az saytının məlumatına görə, Siyavuş Dünyamalı oğlu Novruzov 17 fevral 1969-cu ildə Naxçıvan MR Babək rayonunun Cəhri kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra ali məktəbdə hüquq təhsili alıb. Siyavuş Novruzov artıq 3-cü çağırışdır ki, Milli Məclisin mandatını daşıyır.

O, ilk dəfə 2000-ci ildə ikinci çağırış Milli Məclisə proporsional seçki sistemi ilə çoxmandatlı seçki dairələri üzrə deputat seçilib. Həmin vaxt onun adı YAP-ın vahid seçki siyahısında İlham Əliyev və Əli Əhmədovdan sonra 3-cü yerdə idi. 2005-c ildə isə majoritar qaydada 5 saylı Şahbuz - Babək seçki dairəsindən millət vəkili seçilən S.Novruzov ikinci dəfə parlamentə düşə bilib.

Nəhayət? 2010-cu il noyabrın 7-də dördüncü çağırış Milli Məclisə keçirilən seçkilərdə S.Novruzov 3-cü dəfə mandat qazanıb, 5 saylı Şahbuz-Babək seçki dairəsindən deputat seçilib. O, hazırda Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür. S.Novruzov eyni zamanda parlamentin İntizam Komissiyasının sədridir.

Modern.az saytında “Pəncərə” layihəsinin qonağı olmuş Siyavuş Novruzov deyib ki, siyasətə gəlməyi 80-ci illərin sonlarında Bakıdakı mitinqlər dövründən başlayıb. “O vaxt “Əlincə” Cəmiyyəti vardı, Heydər Əliyevin namizədliyini irəli sürmüşdü. YAP əslində “Əlincə” Cəmiyyətinin bazasında yarandı. Həm də qərargahında. Mən də orda işləyirdim. Qısa müddətdə YAP bütün Azərbaycanda təsis edildi. Siyasətə gəlməyim həmin dövrdən başlayıb. Bəlkə də təhsilimi hüquq sahəsi üzrə davam etdirə bilərdim. Amma vaxtım olmadı”.

Deputat deyib ki, o, Əfqanıstan müharibəsində iştirak edib, orden-medalları da var. Həmçinin Qarabağ müharibəsinin veteranıdır. “Bu haqda da danışmayacağam. Bilirsiniz, bəzi adamlar var ki, eləmədiyi hərəkətlərə görə öyünürlər. Özlərini millətə o cür təqdim edirlər. Mən indi danışmaq istəmirəm. Gələcəkdə yazarlar o başqa məsələ. Hələ sağam, qarşıda döyüşlər var. Bircə onu deyə bilərəm ki bugünkü gündə də sabah deputat mandatını yerə qoyub döyüş bölgəsinə birbaşa getməyə hazıram”.

S.Novruzov bildirib ki, sərbəst güləş üzrə SSRİ çempionudur: “10 yaşımdan professional idmanla məşğul olmuşam. Hərdən yazırlar ki, Siyavuş Novruzov Bədən Tərbiyəsi İnstitutunu bitirib. Mən Bədən Tərbiyəsi İnstitutunu bitirməmişəm”.

Hərbi xidmət illərini xatırlayan deputat maraqlı xatirələrini bölüşüb: “Hərbi xidmətdə bir qazax idmançı vardı - o çox güclü idmançıydı - hamını udmuşdu. Çıxdı ortaya, dedi ki, “kim var çıxsın qabağıma”. Boyu 1,95 sm, çəkisi də məndən 20 kq çox idi. Sərbəst güləşdə bunun çox böyük rolu var. Qazax idmançının kürəyini yerə vurdum. Həm də valideynlərinin gözü qarşısında. Komandir yığdı bütün polku sıraya və mənə 15 gün məzuniyyət verdi”.

Şəxsi həyatından danışan deputat deyir ki, gəncliyində başı o qədər qarışıq olub ki, sevgiyə vaxt qalmayıb. S.Novruzovun 2 övladı var: oğlu və qızı: “Hələ kiçikdirlər. Oğlum əvvəl həkim olmaq istəyirdi, sonra hüquqşünas, indi də deputat olmaq istəyir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm