• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Litva Avropa Oyunlarında fəal iştirak edəcək - FOTOLAR

  • Nida.az
  • 19 Fevral 2015 12:53
  • 300 Baxış
Litva Avropa Oyunlarında fəal iştirak edəcək - FOTOLAR

Səfir Həsən Məmmədzadə Litva Olimpiya Komitəsinin prezidentilə görüşüb.

Cari ilin Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litva Olimpiya Komitəsinin prezidenti xanım Daina Qudzinevicüte ilə görüşüb. Görüşdə qarşıdan gələn Bakı 2015 Avropa Oyunlarına dair fikir mübadiləsi aparılıb.

Səfir Həsən Məmmədzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanımı Mehriban Əliyeva tərəfindən Bakı 2015 Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə böyük önəm verildiyini bildirib. O, xanım Daina Qudzinevicütedən ilk Avropa Oyunlarına idmançılar ilə yanaşı Litvanın yüksək rəsmilərinin də iştirak etməsində dəstək göstərməsini xahiş edib.

Litva Olimpiya Komitəsinin rəhbəri Azərbaycanda Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə aparıldığının şahidi olduğunu vurğulayaraq, Azərbaycandan sonra növbəti Avropa Oyunlarına sahiblik edəcək ölkənin işinin heç də asan olmayacağını qeyd edib. Xanım Daina Qudzinevicüte Bakı 2015 Avropa Oyunlarında litvalı idmançıların maksimum dərəcədə təmsil olunacağını bildirib.

Görüş zamanı Bakı 2015 Avropa Oyunları barədə Litva ictimaiyyətinin məlumatlandırılması məqsədilə yaxın günlərdə birgə mətbuat konfransının keçirməsinə dair razılıq əldə olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR