Rusiyalı dizayner üzr istədi, XİN əfv etdi: “Qara siyahı”dan çıxarıldı
Bizi izləyin

Nida.az

Rusiyalı dizayner üzr istədi, XİN əfv etdi: “Qara siyahı”dan çıxarıldı

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Azərbaycan Respublikasının “Dövlət Sərhədi haqqında" qanununu pozan və buna görə də Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunan “arzuolunmaz şəxslər” siyahısına daxil edilən Rusiya Federasiyasının vətəndaşı Artemiy Lebedev adının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan Respublikasına yazılı şəkildə müraciət edib.

XİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, məktubda Artemiy Lebedev 2010-cu ilin iyul ayında Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfər etdiyini və bu səfər ilə bağlı əvvəlcədən Azərbaycan Respublikasının aidiyyəti təşkilatlarından rəsmi icazənin alınmasına dair məlumatsız olduğunu qeyd edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə, qanunlarına hörmətini ifadə edib və işğal olunmuş ərazilərə səfərinə görə Azərbaycan xalqından üzr istəyib.


Artemiy Lebedev gələcəkdə Azərbaycan Respublikası ilə razılaşdırmadan işğal olunmuş ərazilərə səfərdən çəkinəcəyini vurğulayaraq, adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasını xahiş edib.


Artemiy Lebedevin müraciəti müvafiq qaydada baxıldıqdan sonra onun adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb.

Qeyd edək ki, Artemiy Lebedev məşhur dizayner, ixtiraçı, biznesmen, səyahətçi, bir neçə dizayn studiyasının və şirkətin yaradıcısı və şərikidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm