BAXCP rəsmisi: “Nuland radikal düşərgəyə önəm vermədi”
Bizi izləyin

Nida.az

BAXCP rəsmisi: “Nuland radikal düşərgəyə önəm vermədi”

“Nuland radikal siyasi düşərgə ilə görüşmədi O, yalnız bir neçə QHT sədri ilə görüşdü. Bu görüş də cəmi 20 dəqiqə çəkib. Bu 20 dəqiqəlik görüşdə Əli Kərimlinin də iştirakını vacib saymayıblar. Bu da ABŞ-ın Əli Kərimliyə münasibətidir. Ola bilsin ki, ABŞ rəsmisinin Əli Kərimli ilə görüşməməsinin səbəbi 2013-cü ildə Azərbaycanca keçirilən prezident seçkilərində Əli Kərimli və digərlərinin Rusiyanın layihəsi olan Milli Şuraya dəstək verməsi olub”.


Bunu Publika.az-a açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Amerika Dövlət katibinin müavini Viktoriya Nulandın Bakıya rəsmi səfəri ilə bağlı danışarkən deyib.


Onun sözlərinə görə, Nuland rəsmi şəkildə ABŞ-ın Azərbaycanda hər hansı bir inqilab etmək niyyətində olmadığını bəyan etdi: “O bildirdi ki, “rəngli inqilab” o vaxt ola bilər ki, hökumətlə vətəndaş cəmiyyəti arasında uçurumlar olsun. Azərbaycanda inqilabdan söhbət gedə bilməz”. Bu xanım ötən il Kiyev küçələrində maydançılara öz əli ilə kökə paylayırdı. Ukraynada yeni hakimiyyətdə kimlərin hansı vəzifədə əyləşdiriləcəyini də internetdə yayılan səs yazısında məhz onun dilindən eşidilmişdi. Nuland yaxşı bilir ki, Azərbaycan xalqı inqilab etmək arzusunda deyil. Son illərdə Yaxın Şərqdə baş verən inqilablara baxın. Yüz minlərlə insan bu inqilabların qurbanı olub. Şəhərlər dağıdılıb, xarabalığa çevrilib. Ölkənin iqtisadiyyatı çöküb. Milyardlarla dollar ziyan dəyib. Bu ölkələrə özlərinə gəlmək üçün on illərlə zaman lazım olacaq. Kimə lazımdır bu inqilablar?! Bütün bunlardan yalnız xalq əziyyət çəkir”.


Dövlət katibinin rəsmi şəxslərlə görüşdən sonra yalnız bir neçə QHT sədri və NİDA hərəkatının üzvü ilə görüşdüyünü şərh edən Niyaməddin Orduxanlı Nurlandın bu görüşünün ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən radikal siyasi düşərgənin təmsilçilərinə heç bir önəm verməməsi kimi qiymətləndirib.

BAXCP sədrinin müavini bəzi mətbuat orqanlarında ABŞ-ın Əli Kərimli vasitəsi ilə ölkədə sabitliyin pozulmasına cəhd edəcək yazılara da münasibət bildirib.

“Əvvəla onu deyim ki, Əli Kərimli ölkədə sabitliyin pozulması, vətəndaş qaşıdurmasının baş verməsi üçün istənilən addımı atmağa hazır olan birisidir. Buna mənim heç bir şübhəm yoxdur. Bu adam bütün fəaliyyətini ölkədə qarşıdurmanın baş verməsinə və bundan istifadə etməyə yönəldib. Məqsədi özünün hakimiyyətə gəlməsidir. ABŞ-ın bəzi dairələrinin maliyyə ayırdığı məsələsinə isə inanmıram. Beynəlxalq təşkilatlar hər zaman Əli Kərimlidən bir vasitə kimi istifadə edib. Bilirlər ki, bu adam vəziyyətə uyğun anındaca öz mövqeyini dəyişən adamdır. Belə bir adama heç kim ciddi dəstək verməz”, - deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm