“Satqınlıq, şəxsi-qrup maraqları, alverə meyilli olmaq...” – müxalifətə tərcümeyi-hal
Bizi izləyin

Nida.az

“Satqınlıq, şəxsi-qrup maraqları, alverə meyilli olmaq...” – müxalifətə tərcümeyi-hal

“Millətimizin laqeyd gündə olmasının tək səbəbi bizim - bəzi müxalifət liderlərinin və tanınmış ziyalıların son 20 ildə davam edən satqınlığı, qeyri-səmimiliyi, daxili didişmələri, birləşə bilməmələri, birləşib məqsədə çatmadan ayrılmaları, mandat alverində iştirak etmələri, qərarsızlığıdır”.


Publika.az xəbər verir ki, bu barədə ADP sədri Sərdar Cəlaloğlunun qardaşı, hüquqşünas Qurban Məmmədov deyib.


Onun sözlərinə görə, Azərbaycan xalqı 1990-cı ildə rus tanklarının qabağına əli silahsız, ermənilərin təpədən dırnağa qədər yüngül atıcı və ağır silahlarla yaraqlanmış ordusuna qarşı ov tüfəngi və yaba ilə çıxan xalqdır.


“Onu bu hala salan yeganə amil bizim oyunbazlığımız, qərarsızlığımız, alverə meyilli olmağımız, qeyri-ciddi hərəkətlər etməyimiz, ən əsası isə millətə aydın gələcək göstərə bilməməyimizdir. Toplumlar da fərdlər kimi qeyri-müəyyənlikdən qorxarlar, konservator olarlar, yəni həyatlarını dəyişdirməyə çox da meyilli olmazlar. İnsan fitrətən belə yaradılıb. Əmin olun, biz səmimi olaraq bir olsaq, qərarlı olsaq, qətiyyətli olsaq, şəhidliyə hazır olduğumuzu xalqa sübut etsək, şəxsi-qrup maraqlarımızı yox, milli və dövlətçilik maraqlarımızı əsas tutsaq, buna da xalqı inandıra bilsək və nə verəcəyimizi öncədən ona anlada, çatdıra, izah edə bilsək xalq bizə dəstək verəcək”, - deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm