• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Dövlət Komissiyası: Ermənistan prezidentlərin Paris görüşündə əldə olunmuş razılaşmanı pozur

  • Nida.az
  • 19 Fevral 2015 16:58
  • 386 Baxış
Dövlət Komissiyası: Ermənistan prezidentlərin Paris görüşündə əldə olunmuş razılaşmanı pozur

Ermənistan 2014-cü il oktyabrın 27-də Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə əldə olunmuş razılaşmanı pozur. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından APA-ya bildirilib ki, keçən ilin oktyabrında Fransa prezidenti Fransua Olandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan dövlət başçıları arasında Parisdə keçirilmiş görüşdə həm də əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşların məsələsi müzakirə olunub.

Prezidentlər F. Olandın müraciətini və təklifini nəzərə alaraq Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəliyi ilə iki ölkənin aidiyyəti orqanları arasında əsir-girov və itkin düşmüş şəxslərlə bağlı məsələlərin həlli üçün birbaşa əməkdaşlığın qurulması, habelə informasiya mübadiləsinin aparılması barədə razılıq əldə ediblər. “Razılaşmaya uyğun olaraq, Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbərliyi ilə görüş keçirib.

Görüşdə hər iki ölkənin müvafiq komissiyaları arasında əməkdaşlığın qurulması məsələsi müzakirə edilib və razılıq əldə olunub. Dövlət komissiyasının sədri işçi qrupuna bu istiqamətdə lazımi göstərişlərini verib. Lakin Ermənistanın aidiyyəti Komissiyası sözdə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirsə də, reallıqda bunun üçün heç bir konkret addım atmır. Məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən bu istiqamətdə heç bir irəliləyiş əldə etmək mümkün olmur. Ermənistan tərəfi razılaşmaya uyğun olaraq əməkdaşlıqdan yayınmasının səbəbləri ilə bağlı hər hansı məntiqli izahat verməkdən çəkinir və faktiki olaraq pozucu mövqe nümayiş etdirir.

Ehtimal olunur ki, Ermənistanın müvafiq dövlət komissiyası işğal altında olan ərazilərdə axtarış-araşdırma işlərini səthi aparıb və bu səbəbdən də hətta öz itkilərinin sayını belə dəqiq müəyyən etməyib”, - deyə Dövlət Komissiyasından bildirilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR