• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Prezident fərman verdi

  • Nida.az
  • 19 Fevral 2015 20:01
  • 880 Baxış
Prezident fərman verdi

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Hökuməti ilə Albaniya Respublikasının Hökuməti arasında Albaniyanın qazlaşdırılmasına dair Baş Planın inkişafında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Energetika Nazirliyinə bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etmək, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Albaniya Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.

Azərbaycan Respublikasının Hökuməti ilə Albaniya Respublikasının Hökuməti arasında Albaniyanın qazlaşdırılmasına dair Baş Planın inkişafında əməkdaşlıq haqqında Anlaşma Memorandumu 2014-cü il dekabrın 19-da Tirana şəhərində imzalanıb.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında 2014-cü il dekabrın 8-də Doha şəhərində imzalanmış Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə bu fərmanda göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qətər Dövləti Hökumətinə bildiriş göndərmək tapşırılıb.

Dövlət başçısı “Azərbaycan Respublikasının Hökuməti ilə Macarıstanın Hökuməti arasında hava əlaqəsi haqqında” 2014-cü il noyabrın 11-də Budapeşt şəhərində imzalanmış Sazişi, Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Malta Respublikasının Energetika və Səhiyyə Nazirliyi arasında Maltada neft və qaz sektoru çərçivəsində strateji əməkdaşlıq haqqında 2014-cü il dekabrın 15-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumunu, Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə 2014-cü il mayın 30-da Minsk şəhərində Azərbaycan Respublikası Hökumətinin qeyd-şərtlə imzaladığı Protokolu və “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında” 2014-cü il noyabrın 11-də Budapeşt şəhərində imzalanmış Birgə Bəyannaməni də təsdiq edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR