Nida.az
Putinin xüsusi missiyası: İmperiya yolunda Bakı amili
Rusiya yenidən imperiya olur və dünya səhnəsinə qayıdır. Sovet İttifaqı dağılandan sonra Rusiya dövləti və cəmiyyəti israrla bu hədəfə doğru gedir. Bunu üçün lazımi maddi baza yaradılır, təbii resurslardan iqtisadi inkişaf üçün lazımi formada istifadə olunurdu.
Publika.az xəbər verir ki, Misirin “Al Ahram”
nəşri Putinin imperiyaya gedən yolundan yazıb.
1991-ci ildə Rusiya faciəli vəziyyətdə idi. Ölkənin siyasi
elitasını iki ciddi sual həyəcanlandırırdı. Bu vəziyyəti necə
düzəltmək və yeni Rusiyanı necə qurmaq?
Bu iki suala cavab verməzdən əvvəl başqa məsələləri həll etmək vacib idi: Rusiyanın milli maraqları, imkanlar, maddi və təbii resurslar, mənəvi güc. Bütün siyasi elita Rusiyanı yalnız imperiya kimi görürdü.
Nəşr yazır ki, 2000-ci ildən sonra Putin milli strategiyanı ortaya
atdı.
Bu, bir sıra əsas məqamları özündə birləşdirir.
1. Rusiyanın xüsusi missiyası. Bu missiya böyük imperiya olmaqla
nəticələnir. Rusiya tarixi boyunca bundan ilham alır. Çünki
imperiya olmaq onun tək inkişaf yoludur.
2. Geosiyasi və sivilizasiya amillərinə əsaslanan və onların
üstünlüklərindən istifadə olunan regional siyasət. 2000-ci ildən
başlayaraq Putin yeni imperiyanı yaratmağa başlayır: Sərhədləri
Avropada Asiyaya qədər uzanan Avrasiya dövləti. Hər şey Rusiya,
Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və
Özbəkistan arasında imzalanan kollektiv təhlükəsizlik
müqaviləsindən başladı. Bu ölkələr arasında 2012-ci ildə vizasız
rejim tətbiq olundu, vahid valyuta məsələsi üzərində danışıqlar
başladı. Rusiya bir gün böyük imperiya olacağını düşünür. O böyük
regional layihələri reallaşdırmağa başladı. Bu yolda Putinin əsas
missiyalarından biri də Cənubi Qafqazı tamamilə öz ovcuna almaqdır.
Məhz bunun üçün Rusiya Azərbaycanı heç vaxt itirmək istəmir. Bakı
ilə daim güzəşt və qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində
maraqlıdır. Dünyanın neftin istehsalında əsas qüvvələrdən olan
Rusiyaya öz tərəfdaşı hesab etdiyi Azərbaycanın da neft bazarında
rolunun artması sərf edir. Bu, həm də Moskvaya öz fövqəlgücünü
qaytarmaq üçün lazımdır.
Nəşr Rusiyanın imperiya yolunun olduqca spesifik olduğunu qeyd
edir. Kreml ürəkdən inandığı bu yolda bütün vasitələrdən istifadə
etməyə hazır görünür. Moskva hər şeydən öncə “Çin əjdahası” ilə
dostluq münasibətlərinin yaradılmasına nail oldu. Eyni zamanda,
bütün qitələrlə əməkdaşlığı davam etdirdi və Rusiya dünya səhnəsinə
qayıtmağı bacardı. Onun uğuru həm də iqtisadi inkişafını
dirçəltməsi ilə də hesablanır.
Asif Nərimanlı
-
Cənubi Qafqaz19:12
Ermənistan KİV-i Bağanis Ayrımla bağlı yeni MƏLUMAT YAYDI
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Hadisə18:30
Yanan bazardan son görüntülər - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı