Qubad İbadoğlu ADR-dən istefalara münasibət bildirdi
Bizi izləyin

Nida.az

Qubad İbadoğlu ADR-dən istefalara münasibət bildirdi

Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu bir qrup gəncin hərəkatdan istefa verməsinə münasibət bildirib.


Publika.az xəbər verir ki, ADR təsisçisi bunu yanlış informasiya adlandırıb.


“Bəzi mətbu orqanlar Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatından bir qrup gəncin ADR hərəkatının strateji kursunun qərbyönümlü olmasına etiraz əlaməti olaraq istefa verməsi ilə bağlı yanlış məlumatları dərc ediblər. Bu məsələyə aydınlıq gətirmək istəyirəm.

Əvvəla, ADR hərəkatı hələ yaranmayıb, indiyə qədər reallaşdırılan fəaliyyətlər onun təsis olunması üçün həyata keçirilirdi. Fevralın 21-də keçiriləcək təsis konfransında iki nəfərin iştirak etməməsi nəyisə dəyişmir”, - deyə o bildirib.


Q. İbadoğlu qeyd edib ki, ADR-in strateji kursu hələ formalaşdırılmayıb: “Hərəkatın strateji kursunu onun təsisçiləri təsis konfransında müəyyənləşdirəcək. Belə olan halda müəyyən olmayan strateji kursa etiraz edərək təsis edilməyən hərəkatdan istefa vermək barədə bəyanat həddindən çox absurd və qərəzli görünür”.


Qeyd edək ki, dünən ADR-in Gənclər üzrə Təşəbbüs Qrupunun sədri və üzvləri istefa verməklə bağlı bəyanat yayıblar. Bəyanatı Təşəbbüs Qrupunun sədri Xəyyam Məmməd, qrupun üzvləri Ceyhun Bəhramov, Vüsal İsayev, Asiman Əlili, Əfqan Əhmədov imzalayıb. Onlar hərəkatın qərbyönümlü və milli ideologiyaya əsaslanmadığını əsas gətirərək hərəkatdan istefa verdiklərini açıqlayıblar.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm