Azərbaycanda partiya sədri “Ginnesin Rekordlar Kitabı”na düşmək istəyir
Bizi izləyin

Nida.az

Azərbaycanda partiya sədri “Ginnesin Rekordlar Kitabı”na düşmək istəyir


Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Ginnesin rekordlar kitabı”na müraciət edəcək. Əldə etdiyimiz məlumata görə, partiya sədrinə bu addımı atmağa vadar edən Azərbaycan hökumətinə qarşı Avropa Məhkəməsi prosesləridir.

S. Cəlaloğlu Publika.Az –a açıqlamasında bunu təsdiqləyib. Bildirib ki, o, sonuncu məhkəmə qərarını gözləyir: “Bunu da udsam “Ginnes”ə müracitə edəcəm. Çünki indiyə qədər hələ dünyada öz ölkəsinə qarşı 4 dəfə Avropa Məhkəməsini udan şəxs olmayıb. Mən 3 məhkəmədə qalib gəlmişəm. İndi dördüncünü gözləyirəm. Ondan sonra rekordlar kitabına müraciət edəcəm”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm