Xocalı ilə bağlı materiallar Almaniya Milli Kitabxanasında
Bizi izləyin

Nida.az

Xocalı ilə bağlı materiallar Almaniya Milli Kitabxanasında

Xocalı faciəsinin 23 illiyi ilə bağlı adı çəkilən hadisəni özündə əks etdirən kitablar, sənədli film və eyni zamanda Dağlıq Qarabağ və onun ətrafında baş verən tarixi həqiqətlər haqqında yazılmış kitablar Almaniya Milli Kitabxanasına təqdim olunub.

Bu barədə Publika.az-a təçkilatçı, Maynz şəhər bələdiyyəsi Yabançılar məclisinin üzvü, soydaşımız Sarvan Rizvanov verib.

Onun sözlərinə görə, çap materialları və film adı çəkilən kitabxananın qeydiyyat və işlənmə şöbəsindən sonra oxucuların istifadəsinə veriləcək: "Bu imkan verəcək ki, oxucu auditoriyası yaxın və uzaq tariximizdə xalqımızın üzləşdiyi problemlərlə baglı həqiqətlər özündə əks etdirən materiallardan xəbərdar olsunlar. Bu il ermənilərin dunyada yalançı erməni soyqırımının 100 illiyini qeyd etdiyi bir zamanda, yaxın tariximizdə xalqımızın yaşadığı faciələri bəynəlxalq aləmə çatdırılmasında növbəti addımlardan biridir“- deyə Rizvanov bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm