• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

TRT Xocalı soyqırımı ilə bağlı anım həftəsinə başladı

  • Nida.az
  • 20 Fevral 2015 15:10
  • 662 Baxış
TRT Xocalı soyqırımı ilə bağlı anım həftəsinə başladı

Türkiyənin TRT televiziyası ənənəsinə sadiq qalaraq Xocalı soyqırımı ilə bağlı növbəti anım həftəsinə start verib.

TRT-nin Bakı təmsilçiliyindən Publika.az-a verilən məlumata görə, televiziya kanalı bir həftə ərzində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Bakıdan canlı yayımlar, proqramlar və özəl qonaqlarla görüşləri “TRT 1”, “TRT Haber”, “TRT Türk”, “TRT Avaz” kanalları vasitəsi ilə yayımlayacaq.

TRT-nin Bakı təmsilçiliyi və “TRT Avaz” telekanalı Xocalı soyqırımının 23-ci ildönümünü 3 saatlıq canlı yayımlarla dünyaya yayacaq.

“TRT Avaz”ın 6 nəfərlik cəkiliş qrupu 22-28 fevral tarixlərində Bakıda olacaq. Azərbaycanın ağrı-acısını canlı yayım və proqramlarla işıqlandıracaqlar.

TRT-nin Bakı təmsilçisi Yıldıray Arslan bildirib ki, “TRT Avaz”ın koordinator müavini Taner Gürbüz və “50 dəqiqə” proqramının aparıcısı Gökçen Oğanın rəhbərlik etdiyi çəkiliş qrupu 7 gün boyunca Bakıda silsilə canlı yayımlar həyata keçirəcəklər.

26 fevral tarixində isə AzTV studiyasından, Xocalı abidəsi və “TRT Avaz” Ankara studiyaları olmaqla 3 nöqtədən 3 saatlıq canlı yayım həyata keçirəcək. Türkiyə saatı ilə saat 12:00, Bakı saatı ilə isə saat 14.00-da başlanacaq canlı proqramda Türkiyə, Azərbaycan, eləcə də digər ölkələrin siyasətçiləri, soyqırımın şahidləri, diaspor təşkilatlarının rəhbərləri canlı yayıma qoşularaq fikirlərini bildirəcəklər.

Canlı yayım AzTV və İTV-nin texniki dəstəyi ilə həyata keçiriləcək. Proqramda Xocalıda ermənilərin törətdiyi qətiamların kadrları nümayiş olunacaq, şahidlərin müsahibələrinə yer veriləcək. Özəl klip və qısa metrajlı filmlər və proqramlarla Xocalı yad ediləcək. Proqramları “TRT Avaz”ın tanınmış aparıcısı Gökçen Oğan təqdim edəcək.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR