Nida.az
İndoneziya işğalçı Ermənistana sanksiya tətbiq edə bilər
Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev İndoneziyanın Xalq Məşvərət Şurasının sədr müavini Hidayət Nur Vahid ilə Parlamentdəki ofisində görüş keçirib.
Səfirlikdən Trend-ə bildiriblər ki, T.Qarayev İslam Ölkələri
Parlament İttifaqının Xocalı soyqırımının tanınmasına dair 2012-ci
ildə İndoneziyanın Palembanq şəhərində qəbul etdiyi qətnaməni,
həmçinin İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının
Ermənistana qarşı ciddi sanksiyaların həyata keçirilməsinə dair
2014-cü ildə Ciddədə qəbul etdiyi qətnaməni qarşı tərəfə
xatırladıb.
Söhbətə davam edən T.Qarayev, həmçinin 2013-cü ildə İndoneziya
Nümayəndələr Palatasının sabiq sədri Marzuki Əlinin çıxışı zamanı
Ermənistanın Azərbaycana qarşı təcavüzü davam etdirdiyi müddət
ərzində bu ölkədə İndoneziya səfirliyinin, eləcə də İndoneziyada
Ermənistan səfirliyinin açılmasına Parlament tərəfindən icazə
verilməyəcəyini bəyan etməsinə baxmayaraq, ondan sonra Cakartada
Ermənistan səfirliyinin açılmasının anlaşılmaz olduğunu qeyd
edib.
Hidayət Nur Vahid öz növbəsində İƏT-in qeyd olunan qətnamələrdən
xəbərdar olduğunu, hətta Palembanqdakı toplantıya məhz onun sədrlik
etdiyini bildirib. Xocalı soyqırımının Parlament tərəfindən
tanınmasına və İndoneziya hökuməti tərəfindən Ermənistana qarşı
siyasi və iqtisadi sanksiyaların tətbiq olunmasına çalışacağını
qeyd edib.
H.Nur Vahid, həmçinin M.Əlinin bəyanatına baxmayaraq, Cakartada Ermənistan səfirliyinin açılması məsələsini də yuxarıda qeyd olunan hər iki mövzu ilə birgə Nümayəndələr Palatasının sədri Setyo Novanto ilə, həmçinin Parlamentin xarici əlaqələr üzrə 1-ci komissiyasının sədri M.Sıddıq ilə şəxsən müzakirə edəcəyini və həmin görüşlərə səfir T.Qarayevi də dəvət edəcəyini bildirib.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...