İlham Əliyev Yunanıstan Prezidentini təbrik edib
Bizi izləyin

Nida.az

İlham Əliyev Yunanıstan Prezidentini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının yeni seçilmiş Prezidenti Prokopis Pavlopulosu təbrik edib.

Publika.az-ın “AzərTAc”a istinadən məlumatına görə, məktubda deyilir:

Yunanıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Yunanıstan arasındakı dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın ikitərəfli və çoxtərəfli qaydada bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.


Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yunanıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm