Minsk qrupunun diplomatik “səhvi”: “Bu, işğalçılara legitimlik vermək cəhdidir”
Bizi izləyin

Nida.az

Minsk qrupunun diplomatik “səhvi”: “Bu, işğalçılara legitimlik vermək cəhdidir”

“ATƏT Minsk qrupunun həmsədrləri yenidən Azərbaycana qarşı diplomatik səhvə yol verdilər”.


Publika.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Aydın Mirzəzadə deyib.


Qeyd edək ki, bu gün Minsk qrupunun həmsədrləri ATƏT-in rəsmi saytında fevral ayının 16-19-da Azərbaycan və Ermənistana səfərləri ilə bağlı bəyanat yayıb. Bəyanatın mətnində “Dağlıq Qarabağın faktiki rəhbərləri ilə görüş keçirdikləri” bildirilir.


A. Mirzəzadə bunun kobud səhv olduğunu bildirib: “Həmsədr ölkələr olan ABŞ, Fransa və Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar və onların vasitəçiliyi Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasından ibarətdir.

Bəyanatdakı fikir isə üç ölkənin rəsmi mövqeyinə düz gəlmir. Dağlıq Qarabağ adlanan tarixi Azərbaycanın coğrafi ərazisi Ermənistan tərəfindən işğal edilmiş ərazinin cəmi üçdə birini təşkil edir. Azərbaycanın nəzarətindən kənarda olan ərazidə hakimiyyət yox, Ermənistan işğalçı qüvvələrinin nümayəndələri var.

ATƏT Minsk qrupu həmsədrlərinin işğalçı komandanlıq nümayəndələrinə legitimlik vermək cəhdi yolverilməzidr və bu diplomatik səhv aradan qaldırılmalıdır. Ötən il noyabrın 12-də də Ermənistan hərbi helikopteri Azərbaycan ərazisində vurulandan sonra da diplomatik səhvə yol verilmişdi. Sonradan bu səhv düzəldildi”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm