Suriyada döyüşən azərbaycanlılar geri qayıdır - ÖZƏL
Bizi izləyin

Nida.az

Suriyada döyüşən azərbaycanlılar geri qayıdır - ÖZƏL

Çünki bu şəxslərin özlərini əsasən ləqəblə çağırdıqlarını, əsl ad və soyadlarını gizlətdikləri deyilir. Əldə etdiyimiz məlumata görə, Azərbaycan xüsusi xidmət orqanları geri qayıdanları nəzarətdə saxlayır.

Suriyada döyüşən azərbaycanlılar geri qayıdır. Publika.Az –n əldə etdiyi məlumata görə, geri qayıdanlar əsasən Sumqayıt sakinləridir. İlkin məlumata görə, Natiq və Nadir adlı qardaşlar artıq Sumqayıtdadır. Lakin həmin şəxslərin adlarının Natiq və Nadir olması dəqiq məlumat deyil. Çünki bu şəxslərin özlərini əsasən ləqəblə çağırdıqlarını, əsl ad və soyadlarını gizlətdikləri deyilir. Əldə etdiyimiz məlumata görə, Azərbaycan xüsusi xidmət orqanları geri qayıdanları nəzarətdə saxlayır.

Geri qaydalarla bağlı iki fərqli məlumat var. Birincisi onların Suriyada döyüşməyin mənasız olduğunu anlamaları, müharibənin ABŞ tərəfindən aparıldığını və din pərdəsi altında gizlədildiyini düşünərək bu addımı atmasıdır. Məlumata görə, məhz bu məsələ Suriyada müxaliflər tərəfindən vuruşan azərbaycanlılar arasında narazılığa və parçalanmaya səbəb olub. Hətta orda döyüşənlər qayıdanlara müraciət edərək onların mübarizəsini, cihadını ləkələməməyə çağırıb.

İkinci və ən əsası isə gələnlərin ölkədə təxribat törədə biləcəyi ilə bağlıdır. Məlumata görə, onların təbliğat aparmaları və burdan yardımlar tədarük görmələri üçün geriyə göndərildiyi deyilir. Məhz buna görə xüsusi xidmət orqanları geri qayıdanlara nəzarəti gücləndirib. Lakin nəzarət birbaşa deyil, kənardan aparılır.

Ən maraqlı məqamsa Sumqayıtda yeni şəxsin peyda olması ilə bağlıdır. Onun məscidlərin önündə daha çox göründüyü, insanlar atrasında təbliğat apardığ deyilir. Sözügedən şəxsin ləqəbi də diqqət çəkir: Əbu Cəfər. Mənbə bildirir ki, bu şəxs azərbaycanlıdır, bu ad isə onun ləqəbidir.

Qeyd edək ki, 2007-2008-ci illərdə radikal dini qruplaşmalarının aktivləşdiyi zaman MTN Sumqayıtda əməliyyat keçirmişdi. O zaman ləqəbi Əbu Cəfər olan bir ərəb mənşəli şəxsin saxlanıldığı deyilir. Sonradan isə o və onunla birlikdə saxlanılanların “Meşə Qardaşları” qruplaşmasına bağlı olduğu üzə çıxıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm