• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bahar Muradova erməni deputatın cavabını verdi

  • Nida.az
  • 21 Fevral 2015 01:49
  • 490 Baxış
Bahar Muradova erməni deputatın cavabını verdi

ATƏT-in Parlament Assambleyasının 14-cü qış sessiyası çərçivəsində siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclası keçirilib.

Publika.az AzərTac-a istinadən xəbər verir ki, iclasda Ermənistan nümayəndəsi Artaşes Qeqamyan əsas mövzudan yayınaraq, çıxışını adəti üzrə tarixi gerçəklikləri saxtalaşdırma və uydurma fikirlər əsasında qurub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan erməni deputat 1992-ci il fevral hadisələrindən bəhs edib. O, qeyd edib ki, həmin vaxt ermənilər tərəfindən Xocalı sakinləri üçün dəhliz açılmışdı və bu hadisələri o vaxt hakimiyyət uğrunda bir-birinə qarşı mübarizə aparan Azərbaycan hökuməti və müxalifəti törətmişdi.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova Ermənistan nümayəndəsinə cavab verib. Əsassız və qeyri-ciddi fikirlərinə görə Ermənistan nümayəndəsi ilə mübahisənin yersiz olduğunu bildirən Bahar Muradova diqqəti yalnız bir məsələyə yönəldib: “Burada Ermənistan nümayəndəsi dinc Xocalı sakinlərinin şəhəri tərk etmələri üçün guya Ermənistan tərəfindən açılmış dəhliz məsələsinə toxundu. Sual olunur ki, ermənilər nəyə görə gecə mənfi 20 dərəcə şaxtada dinc sakinlər üçün dəhliz təşkil etmişdilər? Bu həmin ərazidə aparılan etnik təmizləmə deyildimi? Erməni həmkarımız Azərbaycanın keçmiş dövlət başçısı Ayaz Mütəllibovun fikirlərini təhrif edir, mən isə Xocalı soyqırımının əsas cinayətkarlarından biri olan, Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın sözlərindən sitat gətirirəm: “Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”.

B.Muradova bildirib ki, bu sitat hansısa bir azərbaycanlının təxəyyülünün məhsulu deyil, Ermənistan prezidenti Serj Sarkisyanın 2000-ci ildə Qarabağ üzrə tanınmış britaniyalı ekspert Tomas de Valla verdiyi müsahibədən götürülüb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR