• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azay Quliyev Avropanı tənqid etdi

  • Nida.az
  • 21 Fevral 2015 02:13
  • 359 Baxış
Azay Quliyev Avropanı tənqid etdi

Fevralın 20-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyası işini davam etdirib.

Publika.az-ın məlumatına görə, sessiyada Ukrayna və onun ətrafında baş verən böhranla bağlı məsələ müzakirələrin mövzusu olub. Azərbaycan nümayəndə heyətinin üzvü, ATƏT PA Komitə sədrinin müavini, Büro üzvü Azay Quliyev müzakirə zamanı çıxış edərək, mövqeyini bildirib. Azərbaycanlı millət vəkili bildirib ki, Ukrayna daxilində və ətrafında yaranmış böhranın ağır nəticələri, xüsusilə də onun şərq hissəsində aparılan hərbi əməliyyatlar zamanı minlərlə insanın qətlə yetirilməsi, yüz minlərlə insanın məcburi köçkünə çevrilməsi, eləcə də Ukraynanın ərazi bütövlüyünün pozulması və suverenliyinin təhlükə altına alınması bizi həddindən çox narahat edir.

A.Quliyev sonra qeyd edib ki, Normandiya formatında keçirilmiş yüksək səviyyəli danışıqlar nəticəsində əldə olunmuş atəşkəs razılaşması alqışa layiq inkişafdır. “Ümid edirik ki, Minskdə imzalanmış atəşkəs barədə anlaşma keçən il sentyabr ayında imzalanan sazişin aqibətini yaşamayacaq. Odur ki, biz münaqişə tərəflərini yubanmadan praktiki addımlar atmaqla sözügedən böhranın sülh yolu ilə uzunmüddətli və tam həllini tapmağa çağırırıq”-deyən A.Quliyev avropalı həmkarlarına “ATƏT ərazisində münaqişələrin və böhranların, Ukraynanın stabilliyini və birliyini təhlükə altına atanlar daxil olmaqla, davamlı həlli üçün yeganə məqbul yol, ölkələrarası münasibətlərdə Helsinki Yekun Aktına və onun rəhbər prinsiplərinə ikili standartlarsız sadiq olmaqdır”məsləhətini verib.

Azərbaycanlı millət vəkilinin sözlərinə görə, ATƏT PA bir-birinin siyasi müstəqilliyi və ya ərazi bütövlüyü əleyhinə təhdid və güc işlətməkdən çəkinmək və bütün ölkələrin suverenliyinə hörmət etmək kimi fundamental prinsiplər üzərində qurulub və bu prinsiplərin pozulmasına yönəlmiş hər hansı cəhddən imtina olunmalıdır.

A.Quliyev çıxışının sonunda ümid etdiyini bildirib ki, müdriklik üstün gələcək və tərəflər bu böhranın Ukraynanın ərazi bütövlüyü və suverenliyi əsasında davamlı həllini tapacaqlar və bu gözəl ölkədə sülh və əmin-amanlıq bərqərar olacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR