Mehman Cavadoğlu ADR-ə qoşuldu
Bizi izləyin

Nida.az

Mehman Cavadoğlu ADR-ə qoşuldu

Müsavat başqanın sabiq müavini Mehman Cavadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatına qoşulub.


Publika.az xəbər verir ki, bu barədə ADR-in Təşkilat Komitəsinin üzvü Ellada Məmmədli deyib.


Onun sözlərinə görə, hərəkat sıralarında Müsavat, Ümid, Klassik Xalq Cəbhəsi, Vətəndaş Həmrəyliyi və Ədalət partiyalarının üzvləri təmsil olunurlar.

E. Məmmədli konfransda 35 təşəbbüs qrupunun, ümumilikdə 267 nəfər konfrans üzvünün iştirak etdiyini bildirib: “Bu yaxınlarda KXCP Salyan rayon təşkilatı qərar qəbul edərək bütövlükdə hərəkata daxil olub”.

Xəstə olduğu üçün tədbirə qatılmamış Müsavat başqanının sabiq müavini Mehman Cavadoğlunun məktubu oxunub. M. Cavadoğlu məktubunda bu gündən ADR-ə qoşulduğunu bəyan edib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm