Nida.az
İranda Azərbaycan bayrağına hörmətsizlik - VİDEO
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku başa çatıb.
Yunan-Roma güləşi üzrə milli komandamızın ilk dəfə dünya
kubokuna sahib olduğu gün bayraq skandalı yaşanıb. Belə ki,
mükafatlandırma mərasimindən sonra himnimiz səsləndirilib və ilk
üçlükdə yer tutan ölkələrin bayraqları qaldırılıb. Turnirdə birinci
yeri qazanan ölkəmizin bayrağı isə təhrif edilmiş formada təqdim
edilib. Səkkiz guşəli Azərbaycan Dövlət Bayrağı beş ulduzlu şəkildə
göstərilib.
Bu isə əvvəlcə heç kimin diqqətini çəkməsə də sonradan həmin anın
videogörüntüsünü izləyənlərin nəzərindən yayınmayıb.
Bayrağımızın bu şəkildə təhrif edilməsi sosial şəbəkə
izləyicilərinin də etirazına səbəb olub.
Qeyd edək ki, sözügedən turnirdə ilk olaraq yerli İran idmançıları
ilə qarşılaşan güləşçilərimiz gərgin keçən görüşü 6:2 hesablı
qələbə ilə başa vurub. Ardınca Almaniya və İsveç komandalarını 7:1
məğlub edən yığmamız qrup görüşlərini lider tamamlayıb. Bu nəticə
ilə yunan-Roma güləşi yığmamız Azərbaycan güləş tarixində yeni bir
tarix yazıb. Azərbaycan idman tarixində ilk dəfə olaraq Yunan-Roma
komandamız Dünya Kubokunun finalına vəsiqə qazanıb. (Ans)
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü