“Mavi Mərmərə” qəhrəmanı Xocalıdan danışdı: “Dünya “üç meymunu” oynayır”
Bizi izləyin

Nida.az

“Mavi Mərmərə” qəhrəmanı Xocalıdan danışdı: “Dünya “üç meymunu” oynayır”

Türkiyədə İnsani Yardım Vəqfi (İHH) Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı simpozium keçirib.


Publika.az xəbər verir ki, “İnsanlığın ədalət arayışı: 23-cü ildönümündə Xocalı” adlı simpozium bu gün İstanbulda baş tutub.


Simpoziumla bağlı danışan İHH sədri Bülent Yıldırım illərdir müsəlman ölkələrinin işğal edildiyini, insanların qətlə yetirildiyini, lakin dünyanın bunu görməzdən gəldiyini deyib: “Dünya sanki “üç meymunu” oynayır. Buna görə də biz belə bir simpozium keçirmək qərarına gəldik. Müsəlmanlar qətlə yetiriləndə susmaqdan başqa heç nə bacarmayan dünyaya “burda müsəlmanlar qətlə yetirildi” mesajını vermək istəyirik. Əfqanıstandan başlayan sovet işğalından bir çox müsəlman ölkəsi əziyyət çəkdi. Bu sıraya Xocalıdan törədilən soyqırımı da daxildir. Xocalıda qətliamı törədənlər bu gün qeybə çəkilməyib. Onlar azadlıqda gəzir və bir ölkəyə rəhbərlik edir. Bunu hər kəs bilir. Dünya da bilir, amma susur. Biz dünyanın daha susmağını istəmirik”.


Simpoziumda azərbaycanlı millət vəkilləri, İstanbuldakı baş konsulumuz, həmçinin, Xocalı soyqırımının şahidləri də iştirak edib.


Qeyd edək ki, 2010-cı ildə Fələstinə yardım apararkən İsrail əsgərləri tərəfindən atəşə tutulan “Mavi Mərmərə” gəmisi İHH tərəfindən təşkil olunmuşdu. Təşkilatın sədri B. Yıldırım həmin hadisələrin əsas qəhrəmanlarından idi.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm