• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Razi Nurullayev: “Lamiyə Quliyevaya AXCP sədrliyini təklif edək”

  • Nida.az
  • 21 Fevral 2015 20:54
  • 2 883 Baxış
Razi Nurullayev: “Lamiyə Quliyevaya AXCP sədrliyini təklif edək”

AXCP-dən istefa verən Razi Nurullayev partiyada Əli Kərimlinin yaratdığı diktator sistemlə bağlı yeni detallar açıqlayıb.

R. Nurullayev Ə. Kərimlinin müavin i Fuad Qəhrəmanlının ona cavabını partiya sədrinin tapşırığı olduğunu deyib: “Fuad Qəhrəmanlı ilə hər zaman yaxşı münasibətim olub. Onun yazdıqlarını da tutduğu mövqeni möhkəmləndirmək üçün və sədr tərəfindən verilən tapşırıq kimi qəbul etdim. Mənə deyə bilməzsiniz ki, kimsə öz başından danışır və hərəkət edir. Elə etirazım bunadır. Əli bəy, imkan verin, hər kəs düşündüyünü etsin, insanların iradəsini zorlamayın. Cəbhəçilərdən oyunlar üçün istifadə etməyin. Onlara şəxsi mesajlar yazıb mənim əleyhimə danışmağa məcbur etməyin. Onların şəxsiyyətinə hörmət edin. Gözəl xanıma siyasi müstəvidə sözümü dedim. Ona qarşı məndə qərəz ola bilərmi? Yox, amma sədrin özünün demədiklərini sizin dilinizlə deyilməsinə qarşıyam. Öz dilinizlə danışın. Həsən bəyin də sağlamlıq durumu ilə oyun qurmayın. Allah ona cansağlığı versin və ona uzun ömür arzu edirəm. Qaragüruh elə sizlərin dilindən mənim leksikonuma transfer edib. Bu təhqir deyil. İçində olduğunuz və sədrin göstərişlərindən oturuşmuş bir hay-küyçülükdür”.

R. Nurullayev saxta profillər fəlsəfəsini AXCP-nin gətirdiyini deyib.

“Bundan imtina edin. Öz sözünü üzə deyə bilməmək acizlikdir. Mən içinizdə olmuş adamam. Hansı saxta profilin kimə aidiyyatı olduğunu da bilirəm. Bunları şəklinizlə bərabər açıqlamam üçün mənə fürsət tanımayın. Doğrusu, etmək istəmirəm. Məcbur da etməyin məni. Sədr müavinlərinə, Rəyasət Heyəti üzvünə və sədrə saxta profil yaraşmaz. Müxalifətdə qalacağımı bəyan edirəm. Amma, müxalifət dəyişməlidir. Müxalifəti təmsil edəcək yeni simaları cəmiyyətə təqdim etməliyik. AXCP də dəyişməlidir. Orada sədr olacaq layiqli insanlar var. Əli bəy, hərəkat yolu gəlib, məhrumiyyətlər yaşayıb və yaşayır. Amma, bu liderliyi davam etdirmək üçün əsas ola bilməz. Əgər məhrumiyyətlər yaşamaq lider olmaq, cəmiyyəti inandırmaq və səfərbər etmək üçün kifayət etsəydi, o zaman gərək Lamiyə Quliyevaya liderlik təklif edək. Buna razı ola bilərsinizmi? Təmiz qəlbli və saf ürəkli cəbhəçilərlə hər zaman bir yerdə olmağı istəmişdim. Onlara baxaraq ürək ağrısı keçirmişdim. Bu gün də belədir. Heç nə dəyişməyib”, - deyə o bildirib.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR