“Ruhunu şeytana satmış Cəmil Həsənlinin...” – AXCP ətrafında qarşıdurma
Bizi izləyin

Nida.az

“Ruhunu şeytana satmış Cəmil Həsənlinin...” – AXCP ətrafında qarşıdurma

AXCP sədrinin keçmiş müavini Razi Nurullayevin istefasından sonra Əli Kərimlinin ətrafı və keçmiş cəbhəçilər arasında əsl qarşıdurma yaşanır.


AXCP-nin mətbuat katibi Natiq Ədilovun istefalara “Ruhunu şeytana satmışlar AXCP-də qala bilməzlər” münasibəti keçmiş cəbhəçilərin sərt reaksiya ilə qarşılaşıb.


Publika.az xəbər verir ki, “Azadlıq” qəzetinin keçmiş satirik yazarı, AXCP-dən istefa vermiş, hazırda xaricdə yaşayan Mirzə Sakitin cavabı isə satirası baxımından olduqca diqqət çəkəndir.


“Son yüzilliyin ən müqəddəs və ən parlaq, mötəbər siyasətşünası, AXCP mətbuat xidmətinin katibi Natiq Ədilov həzrətləri demişdir: “Ruhunu şeytana satmışlar AXCP-də qala bilməzlər”. Son dəfə belə bir dəhşətli aforizmi Amerikanın eks-prezidenti Corc Vaşinqton işlətmişdi. Natiq müəllimi görən olsa, onun qulağına ehmalca pıçıldayıb desin ki, 2005-ci ildə mandata görə AXCP-dən istefa verən və hal-hazırda Milli Şuranın sədri olan Cəmil Həsənli ruhunu satmışdısa, indi sənin sədrin o ruhu satılmış adamın yanında nə gəzir?!” - deyə M. Sakit vurğulayıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm