Qubad İbadoğluya zərbə vuran keçmiş ADR-çi: “Mustafa bəyi sonuncu dəfə...”
Bizi izləyin

Nida.az

Qubad İbadoğluya zərbə vuran keçmiş ADR-çi: “Mustafa bəyi sonuncu dəfə...”

Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının gənclər üzrə Təşəbbüs Qrupunun keçmiş sədri Xəyyam Məmməd Müsavatda ona hansısa vəzifə vəd olunması haqda yayılan xəbərlərə münasibət bildirib.


Qeyd edək ki, ötən həftə yayılan məlumatda X. Məmmədin istefa verməmişdən bir neçə saat öncə Müsavat qərargahında başqan Arif Hacılının qardaşı Mustafa Hacıbəyli ilə görüşdüyü deyilirdi. M. Hacıbəyli ona Müsavat Gənclər Təşkilatının sədri postunu vəd edib. Qarşılığında isə ADR-dən istefa verməsini istəyib (http://publika.az/p/65150).


Publika.az-a açıqlamasında X. Məmməd bu məlumatları təkzib edib: “Mən artıq həyatımın kifayət qədər yetkin bir mərhələsindəyəm. 27 yaşım var, bunu önəmli bir nüans olaraq xatırlatdım. Mənim ADR hərəkatının gənclər üzrə Təşəbbüs Qrupunun sədri olaraq funksioner statusunda bu təşkilatı tərk etməyimi həzm edə bilməyən, bunu onlara vurulan ciddi və gözlənilməyən zərbə olaraq qəbul edən, ADR hərəkatının avantürist düşüncəli təmsilçiləri olan Qubad İbadoğlu, Səxavət Əlisoy, Hüseyn Məlik və digər şəxslər tərəfindən şəxsiyyətimə atılan əsassız və iyrənc böhtanlara, atdığım addımın qarşılığında mənə Müsavat Partiyasında hər hansı bir postun vəd edilməsi kimi zavallı iddialara cavabım budur: Mən 18 fevral 2015-ci il tarixində Müsavat Partiyasının mərkəzi qərargahına gedərək üzvü olduğum Müsavat Partiyasının sıralarından çıxmaq məqsədi ilə rəsmi ərizəmi Təşkilat Şöbəsinə təqdim etmişəm və həmin gün də öz istəyimlə partiyadan xaric edilmişəm. Bundan 1 gün sonra isə gənclərlə birlikdə ADR hərəkatını tərk etmişəm”.


X. Məmməd Mustafa Hacıbəylini son bir ayda görmədiyini deyib.


“İndi bu şəxslər mənim ADR-dən ayrılmağıma səbəb kimi Müsavat Partiyasının üzvü Mustafa Hacıbəyli ilə görüşərək, ondan Gənclər Təşkilatına sədr seçiləcəyim barədə təminat almağımı göstərirlər. Olduqca axmaq və böhtan mahiyyəti daşıyan iddiadır. Çünki mən Müsavat Partiyasından çıxmışamsa, hansı ciddi məntiq və əsasla partiyanın GT-nın sədri seçilə bilərəm? Mən Mustafa bəyi sonuncu dəfə təqribən 1 ay öncə görmüşəm. Deməli, bu tamamilə absurd bir iddiadır. Bu insanlar belə cılız böhtan və iddialarla artıq özlərini ifşa edib tamamilə bitirməyə doğru gedirlər. Mənim onlara sadəcə olaraq yazığım gəlir. Daha səmərəli işlərlə məşğul olmalarını tövsiyə edirəm. Çünki, onlar müəyyənləşdirdikləri bu qeyri-ciddi, gülünc və qərəzli istiqamətlə çox uzağa gedə bilməyəcəklər”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm