Hacı Allahşükür gedir, Hacı Sabir gəlir? – Şeyxin qardaşının cavabı
Bizi izləyin

Nida.az

Hacı Allahşükür gedir, Hacı Sabir gəlir? – Şeyxin qardaşının cavabı

Boş-boş söhbətlərdir. Buna şərh də vermək olmaz. Reallığa uyğun da deyil və heç müzakirə də etmək istəməzdim.

“Bu, bir xalqın etiqadını bir yerdən alıb başqa yerə vermək kimi bir şeydir”.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Allahşükür Paşazadənin qardaşı, Milli Məclisin deputatı Cavanşir Paşazadə Publika.Az -a açıqlamasında QMİ-nin səlahiyyətlərinin A. Paşazadənin əlindən alınması haqqında yayılan məlumatlara münasibət bildirərkən deyib.

C. Paşazadə qeyd edib ki, bu, vəzifə deyil ki, birindən alınıb, o birinsə verilsin: “Boş-boş söhbətlərdir. Buna şərh də vermək olmaz. Reallığa uyğun da deyil və heç müzakirə də etmək istəməzdim. Ümumiyyətlə, buna cavabım nə ola bilər, anlamıram. Bir məmləkətdə xalqın inancını alıb, başqa bir təşkilata, yaxud başqasına necə vermək olar?!”.

C. Paşazadə belə xəbərlərin mənasız olduğunu qeyd edib.

Qeyd edək ki, “Yeni Müsavat”a göndərilən məlumatda deyilir ki, son günlər QMİ-də münasibətlər kəskinləşib: “Qafqaz Müsəlmanları İdarəsində əməlli-başlı qırğın başlayıb. Belə ki, sünnilər və şiələr arasında Hacı Allahşükür Paşazadə heç nə edə bilmir. Prezident Aparatında söhbət gedib ki, Paşazadə ölkəni pis günə qoyub. Bütün Prezident Aparatı işçiləri bunu yaxşı bilir. Paşazadə ərəblərdən aldığı küllü miqdarda pula görə bu günə qədər susub. Bunun nəticəsində hamı meydana daxil olub. Söhbət gedir ki, Paşazadəni QMİ-dən bayıra atmasalar da, bir çox səlahiyyətlərini əlindən alacaqlar. Onun bir çox səlahiyyətləri İslam Universitetinin rektoru Hacı Sabirə veriləcək”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm