Kolumbiya Senatının vitse-prezidentindən İlham Əliyevə Xocalı məktubu
Bizi izləyin

Nida.az

Kolumbiya Senatının vitse-prezidentindən İlham Əliyevə Xocalı məktubu

Kolumbiya Senatının vitse-prezidentindən Teresita Qarsia Romero Xocalı soyqırımı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Publika.az-ın “AzərTAc”a istinadən məlumatına görə, məktubda deyilir:

Çox hörmətli cənab Prezident,

Sizi ürəkdən salamlayır, ölkənizin inkişaf və quruculuq işlərində müvəffəqiyyət diləyir və çiçəklənərək Kolumbiyanın inkişafına nümunə olan Azərbaycan Respublikasına öz səmimi arzularımı çatdırıram.

Eyni zamanda, bu mühüm tarixdə Dağlıq Qarabağ ərazisində törədilmiş Xocalı soyqırımına görə Azərbaycan xalqı ilə həmrəy olduğumuzu Sizə bildirirəm. Bu hadisə bütün millətin həyatına sirayət edib.

Kolumbiya 50 ildən çox münaqişənin hökm sürdüyü bir ölkə olaraq, öz həmvətənlərinin həyatlarını itirməsi ağrısını yaxşı anlayır və bu gün Prezident Santosun təşəbbüsü ilə başlayan sülh prosesinin gözəl nəticələnəcəyinə ümid artıb.

Bu mənada bu acı hadisəni törədənləri rədd edir və Xocalı soyqırımının ildönümü ərəfəsində Azərbaycan xalqı ilə bir olduğumuzu ifadə edir, həmçinin sülhə doğru yolu tapacağınıza ümid edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm