Vyanada Xocalıya ədalət tələb olundu
Bizi izləyin

Nida.az

Vyanada Xocalıya ədalət tələb olundu

Avstriyada fəaliyyət göstərən “Azərbaycan Akademik Birliyi” fevralın 21-də Vyana şəhərinin mərkəzində yerləşən Ştefan meydanında Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar kütləvi aksiya keçirmişdir.
"Xocalıya ədalət" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində baş tutan aksiyada təşkilatın üzvləri, bu ölkədə yaşayan soydaşlarımız və türk diasporunun nümayəndələri iştirak etmişlər.

Vyananın mərkəzi Ştefan meydanında qurulan çadırda Xocalı soyqırımını və ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı işğalı barədə gerçəklikləri əks etdirən müxtəlif dillərdə kitablar, broşürlər və digər informasiya materialları nümayiş etdirilmişdir. Tələbə cəmiyyətinin üzvləri üzərində “Xocalıya ədalət” yazılmış böyük ölçülü şüarla meydandan keçən insanların diqqətini aksiyaya yönəltmiş, maraq göstərən insanları, Ermənistanın işğalçı siyasətinin agır humanitar nəticələri, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, “Xocalıya Ədalət” kampaniyasının məram və məqsədləri haqqında daha ətraflı məlumtalandırmışlar. Meydanda quraşdırılmış ekranlarda Xocalı soyqırımı haqqında video və fotomateriallar, o cümlədən sənədli filmlər nümayiş olunmuşdur.

Sonra tədbir iştirakçıları Vyana şəhərinin mərkəzi küçələri ilə Ştefan meydanından Avstriya parlamentinin önünə qədər yürüş etmiş, eləcə də şəhərin mərkəzi küçələri, Prezident Administrasiyası, Nazirlər Kabineti, bir sıra nazirliklər və mühüm dövlət strukturları yerləşən məkanlarda Xocalı faciəsi haqqında informasiya vərəqələrini Vyana sakinlərə paylamışlar.

Tədbir Avstriya parlamenti önündə yekunlaşmışdır. “Xocalıya Ədalət” Kampanyasının bu il elan etdiyi “Yalanla mübarizə üçün alov yandır” (Light a Fire to Fight the Liar) devizi altında aksiya iştirakçıları, erməni yalanları ilə mübarizəyə çagıran və beynəlxalq ictimayyətə yönəlmiş petisiyanı yaymıış, Xocalı soyqırımı qurbanlarının ruhunun xatirəsinə ehtiram əlaməti olaraq parlamentin önündəki meydanda şam düzmüşlər.

“Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü 2009-cu ildən keçirilir və hal-hazırda 50-dən artıq ölkədə mütəmadi əsasda fəaliyyət göstərməkdədir. Xocalı faciəsinə beynəlxalq səviyyədə siyasi-mənəvi və hüquqi qiymətin verilməsi məqsədini daşıyan Kampaniya nəticəsində dünyanın bir sıra parlamentləri, həmçinin İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Parlament İttifaqı tərəfindən Xocalı qətliamı soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm