Qubad İbadoğlu: “Vaxtımı və enerjimi buna sərf etmək niyyətində deyiləm”
Bizi izləyin

Nida.az

Qubad İbadoğlu: “Vaxtımı və enerjimi buna sərf etmək niyyətində deyiləm”

“Müsavat rəhbərliyinin hansısa ittihamına cavab vermək, onların fikirlərinə şərh vermək istəmirəm”.


Bunu Publika.az-a açıqlamasında Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu deyib.


Q. İbadoğlu bundan sonra vaxtını kiminsə ittihamlarına, iddialarına cavab verməyə sərf etməyəcəyini bildirib: “Müsavat rəhbərliyinin nə deməyindən asılı olmayaraq, ADR təsis olundu. Bizim məqsədimiz Azərbaycanda daha yaxşı cəmiyyətin qurulması, demokratiyanın formalaşmasıdır. Bundan sonra vaxtımı və enerjimi Müsavatın ittihamlarına sərf etmək niyyətində deyiləm”.


Qeyd edək ki, Q. İbadoğlu fevralın 21-də keçirilən təsis konfransında ADR-in sədri seçilib. Müsavat rəhbərliyi isə ADR-də keçirilən açıq səsverməni nizamnamə pozuntusu adlandırıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm