Nyu-Meksiko qubernatorundan Xocalı məktubu - FOTO
Bizi izləyin

Nida.az

Nyu-Meksiko qubernatorundan Xocalı məktubu - FOTO

ABŞ-ın Nyu-Meksiko ştatının qubernatoru Susana Martinez Xocalı soyqırımının ildönümü ilə bağlı məktub imzalayıb.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, Konsulluğa daxil olmuş məktubda qubernator Martinez Nyu-Meksiko ştatında və bütün dünyada yaşayan azərbaycanlılara Xocalı qətliamının 23-cü ildönümü və qətliamın qurbanlarının anılması ilə bağlı dərin başsağlığı verdiyini bildirir.

Həmçinin, məktubda Azərbaycanın Xocalı şəhərində 1992-ci ilin 25-26 fevral tarixlərində baş vermiş faciədə böyük sayda uşaqlar, qadınlar və yaşlı insanlar da daxil olmaqla, 600-dən çox günahsız insanın qətlə yetirildiyi vurğulanır.

Qeyd edək ki, bu, Nyu Meksiko qubernatoru tərəfindən Xocalı soyqırımının tanınması ilə bağlı imzalanmış ilk rəsmi sənəddir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm